SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhəd Abıyevin Mingəçevir “xəyalı da suya düşdü”

Əhəd Abıyevin Mingəçevir “xəyalı da suya düşdü”

Tarix:

3-10-2018, 15:35

/ 1 753 dəfə oxundu.
Əhəd Abıyevin Mingəçevir “xəyalı da suya düşdü”

“Əhəd Abıyevin dağdan Arana enməsi baş verməyəcək. Onun Mingəçevirə başçı təyin olunması real deyi”.
Bu sözləri adının çəkilməsini istəməyən mənbə Daşkəsənin icra başçısının Mingəçevirə başçı gəlmək iddilarından danışarkən deyib.

Qeyd edək ki, sabiq millət vəkili, Daşkəsən rayon İcra Hakimiyyətinin baçısı Əhəd Abıyevin Mingəçevir şəhər İcra hakimiyyətinə başçı təyin olunacağı ilə bağlı məlumatlar dolaşmaqdadır. Bu barədə MilliYol-un məlumat aldığı mənbə Əhəd Abıyevin Mingəçevirə başçı getmə şansını bir mənalı olaraq ehtimal verməyib:

“Əhəd Abıyevin çoxdan Daşkəsəndən böyük Aran rayonlarından birinə başçı gəlmək iddiası hamıya bəllidir. Onun Bakının rayonlarından bir neçəsinə də başçı getməklə bağlı xahişləri olub. Hazırda isə Əhəd Abıyev vakansiya olan Mingəçevir şəhər İcra hakimiyyətinə başçı getmək üçün minnətçi düşdüyü də bəllidir. Lakin mən inanmıram ki, Əhəd Abıyevin dağdan Arana enməsi baş versin. Onun Mingəçevirə başçı təyin olunması real deyil. Çünki hazırkı şərait başqadır və yerlərə tamamilə başqa xüsusiyyətlərə sahib olan kadrlar tələb olunur.

Bir zamanlar Əhəd Abıyev, Hacıbala Abutalıbov, Elmar Vəliyev kimi rəhbər kadrlara doğurdan ehtiyac vardı. Bu daha çox əhalinin sovet quruluşuna alışqanlığı ilə əlaqələndirilidi. Artıq əhali ilə kobud davranan, hər addımda zorbalıq nümayiş etdirən, insanlarda xof yaradan rəhbərlərə ehtiyac duyulmur. İndi daha çox savadlı, intellektual və texnokrat rəhbərlərə ehtiyac var və hakimiyyət də bu ehtiyacı gözəl anlamaqdadır. Ona görə də Əhəd Abıyevin Mingəçevir kimi sənayə şəhərinə başçı təyin olunması reallıqdan uzaqdır. Ümumiyyətlə Əhəd Abıyev kimi kadrlar artıq müasir zaman şərtlərindən kənarda qaldıqları üşün onların limitinin tükəndiyi də özü-özlüyündə aydındır”.
Xatırladaq ki, Əhəd Abıyev uzun iilərdir Daşkəsəndən Bakıya daha yaxın bir rayona təyianat alması üçün çalışır. Daha əvvəl ona aralarının çox soyuq olduğu bildirilən Elmar Vəliyevin mane olduğu qeyd edilirdi...

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

MilliYol.az

Şərhlər

XƏBƏR LENTİ