SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Mütləq şəkildə komitə sədri Rövşən Rzayevin qəbulunda olmalısınız..."

"Mütləq şəkildə komitə sədri Rövşən Rzayevin qəbulunda olmalısınız..."

Tarix:

3-10-2018, 13:29

/ 1 437 dəfə oxundu.
"Mütləq şəkildə komitə sədri Rövşən Rzayevin qəbulunda olmalısınız..."

Ötən həftə saytımız vasitəsi ilə Şuşa rayonundan məcburi köçkün və şəhid ailə başçısı Şükufə Abbasova Qaçqın və Məburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə bağlı ölkə prezidenti İlham Əliyevə şikayət etmişdi

Həmin şikayətdə şəhid ailə başçısı bildirirdi ki, 1992-ci ildən məcburi köçkün düşərək acınacaqlı, əzab-əziyyətli həyat sürməkdədir. İşi ilə bağlı məcburən Bakı şəhərində məskunlaşan Şükufə Abbasova 15 ilə yaxındır ki, kirayədə qalır. Dəfələrlə evlə təmin olunması üçün Qaçqın və Məburi Köçkünlərin İşi Üzə Dövlət Komitəsinə müraciətlər etsə də, müsbət cavab ala bilməyib. Ötən həftə ölkə rəhbərinə yeni komitə sədri Rövşən Rzayevlə bağlı şikayət edən Şükufə Abbasova bu dəfə komitənin ona verdiyi cavabdan narazılıq edərək yenidən İlham Əliyevə müraciət edib.

Müraciətdə Şəhid və məcburi köçkün ailə başçısı Şükufə Abbaova yazır:

Cənab prezident.

Qaçqın və Məburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə etdiyim müraciətlərə baxmayaraq, komitə ailəmizin evlə təmin olunmasında maraqlı görünmür. Çünki övladımın ağır xəstəliyi ilə bağlı məcburən bir müddətlik Almaniyaya gəlmişəm və mənim ölkədən bu məcburi çıxışımdan istifadə edərək bildirirlər ki, mütləq şəkildə komitə sədri Rövşən Rzayevin qəbulunda olmalısınız.

Komitə sədinin qəbuluna mənim əvəzimdən övladımın getməsini xahiş etsəm də, müəmmalı şəkilədə rədd edilir.

Cənab prezident, anlamadığım odur ki, komitə sədri Rövşən Rzayevin qəbulunda məhz mənim olmağım nəyi dəyişir? Yəni komitə sədri mənim şəhid ailəsi olmağımı yenidən müəyyənləşdirir? Yoxsa illərdir kirayədə yaşamağıma şübhə ilə yanaşır?(azfakt.com)

Hörmətlə şəhid ailə başçısı Abbasova Şükufə

Şərhlər

XƏBƏR LENTİ