SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Qasımov həbsdən çıxır - Gülağa Tənha keçmiş şəriki barışıb?

İlham Qasımov həbsdən çıxır - Gülağa Tənha keçmiş şəriki barışıb?

Tarix:

3-10-2018, 13:16

/ 4 819 dəfə oxundu.
İlham Qasımov həbsdən çıxır - Gülağa Tənha keçmiş şəriki barışıb?

Şair, iş adamı Gülağa Tənhaya 19 milyon manat pul “atdığına” görə həbs edilən “Real” MTK və “Sahil-D Company” şirkətləinin sahibi İlham Qasımovun ilin sonuna qədər həbsdən çıxacağı deyilir.

Gülağa Tənhaya “atdığı” milyonlara görə dələduzluq maddəsi ilə 12 il həbs cəzası alan İlham Qasımov üçün həbsxana qapıları açılr.Daxil olan məlumata görə İlham Qasımov uzun minnətçilikdən sonra Gülağa Tənha ilə barışa bilib və pulların bir hissəsinin həbsdən azad olunandan sonra geri qataracağı ilə bağlı keçmiş şəriki arasında razılıq əldə olunub.

İlham Qasımova yaxınlığı ilə tanınan iş adamlarından birinin saytımıza verdiyi məlumata görə “Real” MTK və “Sahil-D Company” şirkətlərinin sahibi olan İlham Qasımov uzun çəkən danışıqlardan sonra Gülağa Tənhaya Bakının mərkəzində özəlləşdirdiyi torpaq sahəsinin bir hissəini verməyə razı olub. Bunun müqabilində isə Gülağa Tənhanın öz iddiasını geri çəkəcəyi bildirilir. Keçmiş şəriklərin barışmasında isə hakimiyyətdəki yüksək çinli məmurladan birinin yaxın qohumunun vasitəçi olduğu qeyd olunur.

Məbəmiz iddia edir ki, Gülağa Tənha İlham Qasımovun ona qarşı etdiyi bu hərəkəti heç cür bağışlamırdı. Şair iş adamını ən çox sıxan məhz İllham Qasımovun onunla uzun müddət duz-çörək kəsərək, sonradan onu aldatmasıdır. Xatırladaq ki, Gülağa Tənha dəfələrlə məclislərdə deyib ki, İlham Qasımov mənim ona olan etibarımdan bu cür sui-istifadə etməməliydi. Pula görə yox, məhz xəyanətinə görə onu bağışlamayacam.
Qeyd edək ki, iş adamı İlham Qasımovun adı uzun müddətdir ölkə mediasının gündəmindən düşmür. İş adamının adı “MTN işi”ndə zərəçəkmiş kimi keçib. Bundan başqa bir mənzili bir neçə şəxsə satmaqla çoxsaylı vətəndaşları aldadan tikinti şirkətləri arasında “Real” MTK və “Sahil-D Company” şirkətlərinin adları ilk sıralarda yer alır.

Xatırladaq ki, bir müddət öncə azadlığa çıxan İlham Qasımovun bacısı oğlu “Real” MTK şirkətinə rəhbərlik edən Sahil Cahangirlidə məhz dələduzluq üstündə həbs edilmişdi.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

PİA.az

Şərhlər

XƏBƏR LENTİ