SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədovun müalicədən sonra harada olduğu bilinmir

Fazil Məmmədovun müalicədən sonra harada olduğu bilinmir

Tarix:

3-10-2018, 13:11

/ 1 240 dəfə oxundu.
Fazil Məmmədovun müalicədən sonra harada olduğu bilinmir

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

“Report”un məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb. Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev oktyabrın 2-də güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

Sabiq vergilər naziri Fazil Məmmədov bir müddət əvvəl Türkiyədəki “American Hastahanesi” müalicə olunub.

Müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədovun Azərbaycana dönüb-dönmədiyi məlum deyil. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl də Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanıb.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Xatırladaq ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 2017-ci ilin dekabrında azad edilib. Onun yerinə Mikayıl Cabbarov təyin olunub.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ