SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hava nə zaman dəyişəcək?

Hava nə zaman dəyişəcək?

Tarix:

2-10-2018, 14:19

/ 1 188 dəfə oxundu.
Hava nə zaman dəyişəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yaxın iki gündə ölkə ərazisində müşahidə ediləcək havayla bağlı məlumat verib.

Qurumun direktor əvəzi Gülşad Məmmədova açıqlamasında qeyd edib ki, oktyabrın 3-ü və 4-ündə ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir: “Lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Paytaxtda da hava şəraitinin yaxın günlər ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub şərq küləklərinin üstünlüyü müşahidə ediləcək. Temperaturun isə 23, 26 və 27 dərəcə arasında dəyişəcəyi gözlənilir. Oktyabrın 4-dən sonra hava şəraitində dəyişiklik olarsa, bu haqda məlumat verəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ