SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 287 saylı liseyin 5 müəllimi direktordan şikayətçidir- Aygün Əhmədli ilə bağlı CİDDİ İTTİHAMLAR

287 saylı liseyin 5 müəllimi direktordan şikayətçidir- Aygün Əhmədli ilə bağlı CİDDİ İTTİHAMLAR

Tarix:

30-09-2018, 16:00

/ 2 262 dəfə oxundu.
287 saylı liseyin 5 müəllimi direktordan şikayətçidir- Aygün Əhmədli ilə bağlı CİDDİ İTTİHAMLAR

Bakı şəhəri, Xətai rayonu 287 saylı “Zəkalar” liseyinin 5 müəllimi ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət ünvanlayıb. Məktəbin fiziki tərbiyə müəllimləri Hüseyn Pərviz Müzakir oğlu, Alməmmədova Sahibə Mustafa qızı, Rəsulova Zəminə Əfsər qızı, Quliyev Ramil Qəmbər oğlu, Səlimova Tünzalə Rasim qızı tərəfindən imzalanan və bir surəti də AFN-in redaksiyasına göndərilən müraciətdə liseyin direktoru Əhmədli Aygündən şikayət əksini tapıb. Müəlliflər ölkə rəhbərliyindən onları direktorun qərəzli və qanunsuz əməllərindən qorumağı xahiş edirlər: “Sizin ən yaxın silahdaşınız olan I Vitse-prezident Mehriban xanımın Azərbaycanın hər sahədə çiçəklənməsi uğrunda apardığınız ardıcıl mübarizə, təəssüf ki, mərkəzdə və yerlərdə olan irili-xırdalı bəzi məmurlar tərəfindən əməllicə sabotaj edilir. Eləcə də idman sahəsində. Ən əsası da ölkədə idmana və fiziki-tərbiyəyə və hətta müəllimlərə göstərdiyiniz xüsusi diqqət və qayğı göz önündədir.

Biz 20 ilə yaxındır ki, “Zəkalar” liseyində fiziki tərbiyə müəllimi vəzifəsində işləyirik. Yaxın vaxtlaradək işimizdə ciddi problemlərimiz, narahatçılığımız olmayıb. Çətinliyimiz yalnız məktəbimizin idman infrastrukturunun (bazasının) lazımi səviyyədə olmamasıdır ki, bunu da müvəqqəti çətinlik hesab edərək inanırıq ki, yaxın zamanlarda aidiyyatı dövlət qurumların nəhayət ki, bizim məktəbə də müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılmasını təmin edəcəklər. Bizi narahat edən və Sizlərə kömək üçün üz tutmağa vadar edən səbəb isə məktəb direktorunun məktəbimizdə idman dərslərinin lazımi səviyyədə keçirilməsinə imkan verməyən şəraitsizlikdən öz maraqları naminə sui-istifadə edərək onun qanunsuz tələblərini yerinə yetirməyəcəyimiz təqdirdə bu vaxtadək bizə verilmiş dərs yükünü xeyli azaldacağı, bununla razılaşmayacağımız halda isə hətta işdən çıxaracağı ilə hədələməsi, bizi təhdid və hədə-qorxu altında saxlamasıdır. Belə ki, bu ilədək liseyin fiziki tərbiyə dərsləri mövcud təhsil proqramına uyğun olaraq 2 qurupa bölünürdü və dərs bölgüsünə görə bizə verilmiş dərs saatları (28 saat) bizi qane edirdi. Hazırda isə direktor guya məktəbdə müvafiq idman bazasının (infrastrukturunun) olmamasını, əvvəlki dərs yükünün saxlanmasına görə guya “yuxarılara”(özünün dediyinə görə, Bakı Baş Təhsil İdarəsinin Maliyyə şöbəsinə) cibindən hər ay haqq verməsini bildirməklə bizdən rüşvət alır “ya hər ay maaşınızdan hərəniz 100 manat verməlisiniz ki, üstünü də mən düzəldib onları razı salım, ya da yazılı öhdəlik götürüb hər biriniz imza atın ki, onları özünüz razı salacaqsınız” kimi qarşımıza qanunsuz tələblər qoyur. Bildirir ki, əks təqdirdə dərs yükümüzü 12-13 saata salacaq. Etirazımızı bildirdikdə isə “mənim kim olduğumu və yaxınlarımın haralarda işlədiklərini yaxşı bilirsiniz, səsinizi çxarsanız, özünüzə də, övladlarınıza da elə problemlər yaradaram ki, altından çıxa bilməzsiniz” - deyə bizə hədə-qorxu gəlir.

Əvvəla, bizim məktəbdə nəinki indi, heç əvvəldən lazimi idman bazasi olmayib və bu, biz müəllimlərin günahına yazılmamalı, buna görə bizə irad tutulmamalıdır. Dərs keçmək üçün lazımi şəraitin yaradılması bilavasitə məktəb direktorunun borcu və vəzifəsidir. Onu da qeyd edək ki, illər öncə məktəbin idman zalı var idi. Ancaq sonralar direktor idman zalını akt zalı edi. Sonra da bizlərə idman dərsinin keçirilməsində şəraitin olmadığını deyir. Halbuki həmin akt zalı müxtəlif tədbirlər üçün istifadə edilir. Bu isə ondan xəbər verir ki, Aygün Əhmədli məktəbdə idman dərsinin keçirilməsinin və bölünməsinin qəti əleyhinədir.

Biz bir müəllim kimi öz vəzifə borcumuzu şəraitsizliyə baxmayaraq, layiqincə yerinə yetirməyə çalışırıq. Digər tərəfdən, indi məktəbdə biz müəllimlərin yaxından iştirakı və səyi ilə əvvəlkinə nisbətən idman dərsləri üçün daha yaxşı şərait yaradılıb və dərs keçməyə kifayət edəcək müəllim potensialımız var.

Pisliyə doğru heç nə dəyişmədiyi halda, bizim dərs yükümüzün azaldılması kimə və nəyə görə lazımdır? Axı hər birimiz ailə başçısıyıq, aramızda məcburi köçkün ailələri də var. Bizim maddi durumumuzu daha çətin vəziyyətə salmaqla direktor nəyə nail olmaq istəyir?”

Müəllimlər iddia edirlər ki, direktor Bakı Baş Təhsil İdarəsindəki ona yaxın olan əməkdaşlarla əvvəlcədən sövdələşərək idarəyə məktub

göndərib, oradan razılaşdığı cavabı alaraq onu əlində əsas tutub onları susdurmağa, əsassız tələbini yerinə yetirməyə məcbur etməyə çalışır: “Biz isə onun qanunsuz tələbini rədd edərək, hüquqlarımızın tapdalanmasına yol verməyəcəyik. Onu da qeyd edək ki, Başı Şəhəri üzrə Təhsil Nazirliyinin nəznində olan bir neçə lisey və məktəblər var ki, onların heç bir bazası mövcud deyil. Amma onlarda bu problem yaşanmır.

Göstərdiklərimizi nəzərə alaraq Sizdən xahiş edirik ki,liseyimizin direktoru Aygün Əhmədlinin dərs yükümüzün əsassız olaraq azaldılmasına, bununla maddi durumumuzun ağırlaşmasına yönəlmiş qərəzli hərəkətlərinə və qanunsuz tələblərinə son qoyulması üçün bizə köməklik göstərəsiniz”.

Müəllimlər direktor tərəfindən təhdid edilmələrini deyərək müraciətlərinin bir surətini də daxili işlər naziri Ramil Usubova ünvanlayıblar.

287 nömrəli Zəkalar liseyinin direktoru Aygün Əhmədli AFN-ə açıqlamasında bildirdi ki, cari tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən aparılan araşdırma zamanı liseydə fiziki tərbiyə dərslərinin bölünməsi üçün maddi tədris bazasının olmadığı məlum olub: "BŞTİ-nin məktubuna əsasən, 2018-2019-cu tədris ilində liseyin infrastrukturla bağlı müvafiq maddi-texniki bazası olmadığından fiziki tərbiyə dərslərinin bölünməsi məqsədəuyğun hesab edilmir. Məktəbdə müvafiq maddi-texniki tədris bazası yaradılacağı təqdirdə, fiziki tərbiyə dərslərinin bölünməsi məsələsinə yenidən baxılacağı qeyd edilib. Məktuba əsasən, Liseyin Pedaqoji Şurasında məsələ ilə əlaqədar fiziki tərbiyə dərslərinin bölünməməsi qərara alınıb.

Onu da qeyd edək ki, lisey 1992-ci ildə yaradılan lisey bağça binasında yerləşdiyi üçün idman zalı olmayıb.

BŞTİ tərəfindən fiziki tərbiyə müəllimlərinə dərs saatlarının azalacağı təqdirdə digər məktəblərə yerdəyişməsi, habelə əvəzçilik qaydasında işlə təmin olunması təklif olunsa da, onlar bundan imtina ediblər.

Qeyd edək ki, liseydə idman zalının tikilməsi ilə bağlı təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq səlahiyyətli orqanlara müraciət olunub. Məktəbin tikintiyə əlverişli ərazisi olmadığından müvafiq torpaq sahəsi ayrılacağı təqdirdə tikintinin aparılacağı bildirilib.

Həmin müəllimlərin mövcud reallıqdan qaçmaq və daha çox şəxsi maraqlarından çıxış etmək yolunu seçdiklərinə görə təəssüf edirəm".

A.Əhmədli müraciətdə əksini tapan bütün ittihamları rədd edərək onların yalan olduğunu bildirdi.

Afn.az

Şərhlər

XƏBƏR LENTİ