SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Nüsretin restoranında faciə - 3 nəfər yandı

Nüsretin restoranında faciə - 3 nəfər yandı

Tarix:

29-09-2018, 10:20

/ 1 484 dəfə oxundu.
Nüsretin restoranında faciə - 3 nəfər yandı

Fenomen qəssab Nüsret Gökçenin İstanbuldakı restoranında göstərilən alov şousu faciəylə başa çatıb. Məkanın bar hissəsində iki işçi maraqlı səhnəcik yaratmağa çalışıb. Ancaq stolun üstündə yaradılan alovlar ətrafa sıçramağa başlayıb.

Daha sonra Çex vətəndaşı olan turist Krisryna Tresnakovanın paltarı yanıb, ona əri Viktor Hajicek müdaxilə edib.

Ağır yaralanan qadın xəstəxanaya aparılıb. Bundan əlavə, ingilis bankir Alexandros Severıs və digər turist Mohammed Khamıs də yaralanıb.

Hər üç turist polisə gedərək restoran sahibi Nüsret Gökçedən şikayətçi olub.

Nüsretin restoranında faciə - 3 nəfər yandı
Nüsretin restoranında faciə - 3 nəfər yandı

Şərhlər

XƏBƏR LENTİ