SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirin iki müəmmalı şirkətlə yuduğu 10 MİLYON – tender oyunları...

Nazirin iki müəmmalı şirkətlə yuduğu 10 MİLYON – tender oyunları...

Tarix:

28-09-2018, 21:39

/ 1 527 dəfə oxundu.
Nazirin iki müəmmalı şirkətlə yuduğu 10 MİLYON – tender oyunları...

Təhsil Nazirliyinin (TN) dövlət satınalmaları çərçivəsində müqavilə bağladığı şirkətlərdən ikisinə daha çox üstünlük verdiyi rəsmi məlumatlardan diqqət çəkir

Bu da tenderlərdə rəqabət mühitinin olmadığını deməyə əsas yaradır. Əgər tenderlərdə eyni firmalar qalib olursa, burda korrupsiya əməliyyatlarına şübhələr yaranır.

Ceyhun Bayramovun təhsil naziri olduğu bu bir ildə indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün 22 müqavilə bağlayıb. Müqavilələrin ümumi məbləği 10 milyon 247,4 min manat təşkil edib.

Nazirliyin ən yüksək məbləğdə bağladığı müqavilə “Tais İkf” MMC ilə 9 milyon manatlıq müqavilə olub.

Nazirliyin ən çox müqavilə bağladığı şirkət “Prof-Dez” MMC-dir. Bu şirkətlə bağlanan müqavilənin ümumi məbləği 415,3 min manat olub. Xəbəri fed.az yayıb.

Amma məlum olur ki, bu şirkətlərin fəaliyyəti haqda məluamtlar məhduddur. “TAİS İKF” MMC 1998-ci ildə qeydiyata alınmış Azərbaycan şirkətidir.

Fəaliyyətə başlayan zaman başqa sahələrdə çalışmaqla bərabər şirkət Bakıda yerləşən, əsasən xaricilərdən ibarət olan, ofis işçilərini yeməklə təmin etmək istiqamətində də çalışırdı. Şirkətin nə sahibi bəllidir, nə ünvanı.

Belə görünür ki, nazirlik 10 milyonluq vəsaiti əritməyin yollarını özlərinə yaxın MMC vasitəsi ilə həyata keçirməkdə görüblər.

“Prof-Dez” MMC adlı şirkətin də mənşəyi, ünvanı, rəhəblriyi sirr olaraq qalır. Şirkət barəsində internetdə axtarış verdiyimiz zamanı adı yalnız Təhsil Nazirliyindən tender udmaqda hallanır. Bu firma dezinfeksiya xərcləri üzrə satınalma ilə məşğuldur..

Bu şirkətin Salyan, Ağstafa və başqa bölgələrin yerli icra hakimiyyətləri ilə də müqavilələr bağladığı məlumatları var.

Belə görünür ki, kimliyi gizlənən şirkət rəhbəri nazirliklər, komitələr, icra strukturları ilə biznes münasibətləri qurmağı bacarıb. Tenderlərdə yuyulan pullar da məhz belə MMC-lər vasitəsi ilə həyata keçirilir.

Deyilənlərə görə, C.Bayramov maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovun dəstəyi ilə təhsil sistemi ilə bağlı keçirilən tender müsabiqələrinin əksəriyyətində söz sahibliyi qazana bilib. Bunu hələ özü nazir müavini vəzifəsində olarkən həyata keçirirmiş.

Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur.

Yəni ayrılan dövlət vəsaitlərinin bir hissəsi başqa istiqamətlərə yönəldilir. Yalnız onu demək yetərlidir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin bir qismi Azər və Ceyhun Bayramovların maraqlarına xidmət edir.

Yerdə qalan vəsaitlər isə təhsil şöbələrinin müdirlərinin ixtiyarına verilir. Təxminən, eyni vəziyyət bəzi ali məktəblərdə və orta ixtisas məktəblərində də özünü göstərməkdədir.

Əgər Hesablama Palatası və digər müvafiq qurumlar bu məsələnin üstünə düşsələr, yəni qeyd olunanları obyektiv şəkildə araşdırsalar, onda hələ bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər.

Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ