SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümova vəzifə verilməsi xəbəri yalan çıxdı

Səlim Müslümova vəzifə verilməsi xəbəri yalan çıxdı

Tarix:

28-09-2018, 12:32

/ 1 939 dəfə oxundu.
Səlim Müslümova vəzifə verilməsi xəbəri yalan çıxdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a Milli Aviasiya Akademiyasından məlumat verilib. Bildirilib ki, eks-nazir sözügedən akademiyada saat hesabı ilə dərs keçir.

Qeyd edək ki, mətbuatda Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayılıb.

S.Müslümov iqtisad elmləri doktoru, professordur. 1987-ci ildə namizədlik, 2006-cı ildə isə (Kazanda, “Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” mövzusunda) doktorluq dissertasiyası müdafiə edib.

O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

Şərhlər

XƏBƏR LENTİ