SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Nar" loqosu dəyişdi

"Nar" loqosu dəyişdi

Tarix:

28-09-2018, 12:27

/ 1 384 dəfə oxundu.
"Nar" loqosu dəyişdi

Azərbaycanın mobil operatoru "Azerfon" ASC ("Nar" ticarət markası) özünün yeni loqotipini təqdim edib.

Məlumata görə, yeni loqotip şirkətin təşkil etdiyi mətbuat konfransında təqdim edilib. Şirkət yeni loqosunu "Çünki daha çoxuna layiqsən"şüarı altında hazırlayıb. Yeni loqoda "Nar" brendinin əsas elementləri saxlanıb.

Qeyd edək ki, sonuncu dəfə şirkət 2015-ci ildə yeni loqo və "Gəlin birlikdə böyüyək" şüarını təqdim edib.

Xatırladaq ki, yeni loqo Londonun "Landor" strateji brendinq və dizayn agentliyi tərəfindən hazırlanıb.

"Azerfon" 2017-ci il martın 21-də fəaliyyətə başlayıb. Abonetlərinin sayı 2 milyonu keçib.

Şərhlər

XƏBƏR LENTİ