SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)

"Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)

Tarix:

27-09-2018, 17:34

/ 4 996 dəfə oxundu.
"Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)

Oxuculardan biri avtosfer.az-ın redaksiyasına müraciət edərək "Optimal Electronics" mağazasında baş verən qanunsuzluğun işıqlandırılmasını xahiş edib.

Müştəri "Optimal" mağazasının Xırdalan filialından "Samsung" markalı televizor alıb və sonradan məlum olub ki, televizorun ekranında daxili çat var. Müştəri bildirir ki, mağazada televizora baxan vaxt televizor qoşulu olduğu üçün həmin çat görünməyib. Evə gətirən zaman məlum olub ki, ekranın daxilində çat var.

Lakin yenə də televizor qoşulu olan halda həmin çat görünmür. Müştəri səhəri gün televizoru mağazaya gətirərək aldığı malda qüsurun olduğunu bildirsədə mağaza müdiri malı geri qaytarmayıb. Həmin malı mağazada saxlayaraq servisə göndərilməsini və qüsurun necə yarandığını bilmək üçün rəyin alınmasını gözləyiblər. Lakin servis məlumat verərək bildirib ki, guya televizora zədəni müştəri vurub. Bunu isə necə müəyyən etdiklərini heç özləri də bilmir. Məlum məsələdir ki, servis heç zaman maldakı qüsuru öz üzərinə götürməz.

Müştəri onu da qeyd edib ki, televizoru alan vaxt sənədləşmə zamanı aldadılaraq hüquqları kobud şəkildə pozulub. Belə ki, avqustun 11-də mağazada istədiyi televizoru seçəndən sonra televizoru almamışdan qabaq təhvil-təslim aktına imza çəkdiriblər. Lakin televizoru üç gündən sonra təhvil veriblər. Bu isə bir başa qanunsuzluqdur. Müştəri seçdiyi malı almamışdan qabaq ona təhvil verildiyi barədə imza çəkdirə bilməzlər. Çünki, mal üç gündən sonra təhvil verilib.

Bu qanunsuzluq barədə avtosfer.az-ın əməkdaşı qeyd olunan şirkətin Xırdalan filialına gedərək mağazanın müdiri Tərlan İmamverdiyevin mövqeyini öyrənmək istəyib. Lakin o, jurnalistə qarşı kobudluq edib və heç bir məlumat verməyəcəyini bildirib. Bundan əlavə Tərlan İmamverdiyevjurnalistə qarşı nəzakətsizlik edərək "Sən" deyə müraciət edib və sonda müştərilərin yanında ona "Səviyyəsiz" deyərək mağazadan qovub.

Qeyd etdiyimiz səs yazısını sizə təqdim edirik.

"Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)
"Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)
"Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)
"Optimal electronics"in rəhbəri jurnalisti təhqir etdi (AUDİO)

Şərhlər

XƏBƏR LENTİ