SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 3 rayonun icra başçısı təftiş ediləcək - Yardımlı, Şəmkir və Qazaxın icra başçıları...

3 rayonun icra başçısı təftiş ediləcək - Yardımlı, Şəmkir və Qazaxın icra başçıları...

Tarix:

27-09-2018, 10:11

/ 1 366 dəfə oxundu.
3 rayonun icra başçısı təftiş ediləcək - Yardımlı, Şəmkir və Qazaxın icra başçıları...

Bu günlərdə sabiq vergilər naziri Fazil Məmmədovun yaxın şevrəsinə qarşı yeni hərəkətlənməyə start veriləcək. Bu barədə danışan mənbə bildirir ki, bu əsnada keçmiş nazirin özü də hədəf olmaqdan yayına bilmir və proses boyunca həm də Fazil Məmmədovun biznes və icra strukturlarındakı setində təmizləmə əməliyyatları həyata keçiriləcək.

Mənbə bildirir ki, ilk növbədə onun nəzarətində olan icra hakimiyyəti başçılarının fəaliyyəti ilə bağlı təftişlərə başlanlacaq.

Mənbənin məlumatına görə, F.Məmmədovun nüfuz dairəsinə 3 rayon (Yardımlı, Şəmkir və Qazaxın icra başçıları F.Məmmədovun keçmiş işçiləridir) daxil idi ki, təşftiş də məhz bu 3 rayonda həyata keçiriləcək: “Çirkli pulların yuyulması və büdcədən fantastik mənimsəmələr məhz bu rayonlarda həyata keçirilib. Odur ki, bu rayonlarda icra başçılarının əməllərni təftişi ilə bağlı hüquq-mühafizə orqanlarının yerli şöbələrinə tapşırıq verilib. Hər 3 rayonda sabiq nazirə və icra başçılarına aid mülklərin, torpaq sahələrinin, şirkətlərin siyahısı dəqiqləşdirilir, eyni zamanda şübhəli bank əməliyyatları araşdırılır”.

Mənbənin iddiasına görə, çox yaxın zamanlarda hər 3 rayonun icra başçıları işdən çıxarılacaq: “Onlar haqqında siyasi qərar artıq var, sadəcə təftişin yekunlaşmasını gözləyirlər”.

Xatırladaq ki, artıq Fazil Məmmədova yaxın olan iki fiqur - Binəqədi və Gədəbəyin icra başçıları yola salınıb. Sırada olanlar isə artıq məlumdur...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ