SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DSX-dən hamilə ikən ölən Dilarə haqda - Videoçarx

DSX-dən hamilə ikən ölən Dilarə haqda - Videoçarx

Tarix:

3-03-2017, 16:29

/ 2 723 dəfə oxundu.
DSX-dən hamilə ikən ölən Dilarə haqda - Videoçarx

Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

Mərhum pilotun xidmətini əks etdirən videoçarx DSX-nin yutub səhifəsində yerləşdirilib.

DSX-nin Aviasiya Dəstəsinin ilk qadın pilotu olan D. Babayeva xidmət dövründə DSX rəhbərliyi tərəfindən təltif olunub. O, Mi-17 helikopterini idarə edib.

Qeyd edək ki, Baş leytenant D.Babayeva 2016-cı ilin avqust ayında dünyasını dəyişib. Dilarə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və 36 həftəlik hamilə olan qadın tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.

Şərhlər

XƏBƏR LENTİ