SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fuad Muradovun özünüreklamı kampaniyası davam edir…- Həm də dost-tanışın övladları ilə

Fuad Muradovun özünüreklamı kampaniyası davam edir…- Həm də dost-tanışın övladları ilə

Tarix:

25-09-2018, 14:33

/ 1 706 dəfə oxundu.
Fuad Muradovun özünüreklamı kampaniyası davam edir…- Həm də dost-tanışın övladları ilə

Bəs cənab Muradov ölkənin PR-ı barədə nə zaman düşünməyə başlayacaq?

Deputatların və MM əməkdaşlarının qohum-əqrəbasından ibarət yay düşərgəsinin ölkəyə nə faydası oldu?

Azərbaycan Respublikasının Diasporla İş Komitəsinin sədri Fuad Muradov deyəsən, öz sahəsindən başqa bütün işlərlə məşğul olur. Eşidən, görən də elə bilər ki, diaspor sahəsində bütün işləri yoluna qoyulub, Fuad müəllim də indi də başlayıb təhsil və gənclər siyasəti sektorunda fəaliyyət göstərməyə.

Gah dost-tanışın, varlı-karlı məmur balaları üçün istirahət məkanı təşkil edərək adını “Diaspor gənclərinin yay düşərgəsi” qoyur ki, həmi tədbirə qatılan xaricdə yaşayan diaspor fəallarının sayı heç 20-yə çatmayıb. “Düşərgə”dəkilərin də əksəri Azərbaycan Respublikasında yaşayan fəal gənclər olub. Dediyimiz kimi, əksəri də dost-tanışın (əsasən də Milli Məclis deputatlarının və əməkdaşlarının) qohum əqrəbası, övladları olub Komitə sədrinin “Diaspor gənclərinin yay düşərgəsi”ndə.

Cənab Muradov gah da təhsil ilinin açılışında ilk dəfə orta məktəbə gedən dost-tanışınövladları üçün Dövlət Komitəsinə ekskursiya təşkil edir. Və bu da olur Diasporla İş Komitəsinin fəaliyyəti…

Xarici ölkələrdən əldə etdiyimiz məlumatlara görə isə xaricdəki diaspor icmaları da bir-biri ilə mübarizə aparmaqda davam edir. Elə son vaxtlar mediada yer almış Füzuli Məmmədov (Elkapone) - Sahil Qasımov savaşı da dediklərimizə sübutdur. Bundan başqa, əldə etdiyimiz məlumata görə, Ukraynada da vəziyyət heç də ürəkaçan deyil və yaxın günlərdə Ukraynada ciddi icmalarımız arasında qarşıdurma gözlənilir. Başqa bir məlumata görə isə Fuad Muradov Ukraynadakı diaspor təşkilatlarını bu ölkədəki səfirimizlə qarşıdurma halına gətirib çıxarıb. Hazırda səfirliklər diaspor təşkilatının arasında ağır bir durumun olduğunu dilə gətirən mənbə PİA.az-a bildirib ki, bu savaşın ağır nəticələri ola bilər.

Bu vəziyyətdə isə Diasporla İş Komitəsinin sədri əsl işini unudub yardımçı ictimai vəzifələrin icrası ilə məşğuldur. İndi də İTV ilə birgə layihə edərək beynəlxalq uğur qazanmış gənclərlə debatlar təşkil edir. Guya ki, gənclər bu uğuru bizim diaspor komitəsinin dəstəyi ilə qazanıblar.

Belə TV layihələrinə maliyyə və enerji xərcləyərək öz PR-nı aparmaqdansa, həmin enerjini ölkəmizin xaricdə təbliğinə sərf etsəydik, yaxşı olmazdımı? Cənab Muradov ölkənin PR-ı barədə nə zaman düşünməyə başlayacaq görəsən?

Onu da qeyd edək ki, təqdim olunan bu layihə birbaşa İdman və Gənclər Nazirliyinin sahəsidir. Görünən odur ki, yeni Komitə sədri öz işini görməkdən başqa hamının işinə müdaxilə edir, ya da Fuad müəllim başqa nazirlərə meydan oxumaqdan xoşlanır…

pia.az

Şərhlər

XƏBƏR LENTİ