yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə - Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?

“Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə - Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?
24-09-2018, 14:53 252 dəfə baxılıb

Qalmaqalları məşhur olan və "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir qanunsuz əməli üzə çıxıb.

İş adamı Yeni Yasamal qəsəbəsində inşa etditdiyi binanın arxasından keçən qaz, işıq və su xətlərini torpağın altına basdırıb.

Vaxtilə bu xətlərin hamısı yerin üstü ilə çəkilsə də, "Hacı Mazan” yeni qeyri-yaşayış obyektləri tikmək və satışa çıxarmaq üçün qaydaları yararaq, yerin səthini təxminən 5 metr aşağı endirib. Bu səbəbdən qaz, işıq və su kəmərlərinin yeri dəyişdirilib. Beləliklə, yerin üstü üçün nəzərdə tutulmuş xətlər, o cümlədən təhlükəli qaz xətti yerin altına basdırılıb.

Qeyd edək ki, həmin ərazi qayalıq olduğundan, qaz sızması böyük faciəyə səbəb ola bilər. Belə ki, qayalıqda qaz sızması özünü büruzə vermir və sızan qaz qayaların arası ilə geniş əraziyə yayılır.

Artıq "Azəriqaz” İstehsalat Birliyi yaranmış təhlükəli vəziyyətlə bağlı hərəkətə keçib. İB-nin əməkdaşları bir neçə gündür, əraziyə baxış keçirir, ölçü işləri aparır. Təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib.

"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı BakuPost-a açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ