SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dəyişikliklərin start düyməsi basılır... - Gəncləşməyə üstünlük veriləcək...

Dəyişikliklərin start düyməsi basılır... - Gəncləşməyə üstünlük veriləcək...

Tarix:

21-09-2018, 11:51

/ 1 807 dəfə oxundu.
Dəyişikliklərin start düyməsi basılır... - Gəncləşməyə üstünlük veriləcək...

ələ bir müddətəvvəlindən deyilirdi ki, təxminən 20-yə yaxın rayon icra hakimiyyəti başçısının vəzifələrindən azad edilməsi gözlənilir. Bu barədə daxil olan yeni məlumatlardan isə aydın olur ki, artıq qeyd olunan prosesin start düyməsinin basılması qərarı verilib.

Mənbənin söylədikləri: "Həqiqətən də 20-yə yaxın RİH rəhbəri dəyişdiriləcək. Bu dəyişikliklər zamanı isə prioritet siyasət həm sözügedən heyətin gəncləşdirilməsindən ibarət olacaq, həm də barələrində ən çox şikayət olunan icra başçılarının "vurulması" ilə diqqətə gələcək".

Məlumatlı mənbə bildirir ki, gələn həftədən bəzi dəyişikliklər baş verəcək: "Bununla bağlı yekun qərar var. Kimin adının birinci hədəflər siyahısında olacağını isə proses başlayanda biləcəyik".

Yaxın vaxtlarda başçıları dəyişdirilməsi gözlənilən rayonların tam siyahısını təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ