yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Novruz Məmmədov Natiq Məmmədovu Nazirlər Kabineti Aparat rəhbəri vəzifəsinə gətirir

Novruz Məmmədov Natiq Məmmədovu Nazirlər Kabineti Aparat rəhbəri vəzifəsinə gətirir
21-09-2018, 11:16 447 dəfə baxılıb

Mərkəzi Seçki Komissiyasının keçmiş sədr müavini Natiq Məmmədov Nazirlər Kabineti Aparatına rəhbər gətirlir

Hazırda Nazirlə Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Şamxal oğlu Hacıyevin isə təqaüdə çıxacağı söylənilir.

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının keçmiş sədr müavini Natiq Məmmədov Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini təyin edilib. Qeyd edək ki, Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də bir mənalı qarşılanmayıb. Bəziləri isə Natiq Məmmədovun MSK sədrinin müavini kimi strateji vəzifədən getməsini çox böyük təəccübələ qarşılayıblar. Lakin əldə etdiyimiz məlumata görə Natiq Məmmədov SK sədrinin müavini vəzifəsini Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə dəyişməkdə heç də səhv etməyib. Çünki bu ayın axırında, ya da ən geci oktyabrın əvvəlində Natiq Məmmədov Baş nazir tərəfindən Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyin ediləcək.
Mənbəmizin iddialarına görə, 77 yaşlı Nazirlə Kabinetinin Aparat rəhbəri Ağa-Bala Şamxal oğlu Hacıyev bu ayın sonunda pensiyaya çıxmağa hazırlaşır. Ağa-Bala müəllim pensiyaya çıxdıqdan sonra isə Hökumətin Aparat rəhbəri vəzifəsinə Natiq Məmmədovun rəhbər təyin ediləcəyi heç kimdə şübhə doğurmur. Mənbə bildirib ki, Natiq Məmmədovun MSK sədrinin müavini vəzifəsindən NK-nın Aparat rəhbərinin müavini vəzifəsinə gətirilməsinin əsas səbəbi də gələcək təyinata hazırlıqla bağlıdır.

Qeyd edək ki, Natiq Məmmədov ixtisasca hüquqşünasdır. Uzun müddət məhkəmə orqanlarında çalışmış, hakim işləmişdir. 2004-cü ildən MSK-nın katibi, 2010-cu ildən 2018-ci ilə qədər sədr müavini vəzifəsində çalışıb.

pia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ