SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov

"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov

Tarix:

20-09-2018, 15:36

/ 1 720 dəfə oxundu.
"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov

Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılov ötən gün Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən oğlu, iş adamı Etimad İsmayılovun ölümündən danışıb.
İ.İsmayılov "Ölkə.Az"a açıqlamasında bildirib ki, övlad itkisi ağır dərddir:

"Hələ dəqiq bilmirəm ki, oğlumun cənazəsi Azərbaycana nə vaxt gətiriləcək. Yəqin ki, sənədləşmə işlərinə görədir. Qatilin ən layiqli şəkildə cəzasını almasını istəyirəm".
Sabiq nazir deyib ki, Milli Məclisin bir sıra deputatları və siyasi partiya rəhbərləri ona başsağlığı versə də, ancaq hakim Yeni Azərbaycan Partiyasından (YAP) zəng edən olmayıb.

İ.İsmayılov əlavə edib ki, oğlunun cənazəsi bu həftə ərzində Bakıya gətirilə bilər.

Şərhlər

XƏBƏR LENTİ