SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Krallar kimi yaşayan icra başçısı - Razim Məmmədov Bakı meri ola bilməsə...

Krallar kimi yaşayan icra başçısı - Razim Məmmədov Bakı meri ola bilməsə...

Tarix:

19-09-2018, 18:57

/ 2 316 dəfə oxundu.
Krallar kimi yaşayan icra başçısı - Razim Məmmədov Bakı meri ola bilməsə...

Bakının oliqarx icra başçılarından bəlkə də birincisi Xətainin icra başçısı Razim Məmmədovdur. Razim Məmmədov mediada haqqında yazılanlara əhəmiyyət verməmək qərarı alsa da son zamanlar artıq daha böyük iddiaları onu vərdişindən daşındırıb. Bakı meri olmaq istəyən Razim Məmmədov özü haqqında neqativ xəbər arxivlərindən qurtulmaq istəyir. Çünki Xətainin icra başçısı təkcə Azərbaycanda deyil Yaponiyada da, başqa bir neçə xarici ölkədə də nifuz sahibi olmaq istəyir. Özünə demokrat, işgüzar deyil, xarizmatik fiqur obrazı yaratmaq istəyən icra başçısı rayonda heç bir kiçik toplantıya qatılmır. Səyyar qəbulları, vətəndaşlarla mütəmadi təmasları haqqında heç bir bilgi verilmir. Əvəzində isə icra başçısının daha çox xarici qonaqlarla təmaslarından söhbət açılır. Reklamlar bundan ibarətdir.

Danışan mənbə iddia edir ki, son zamanlar Razim Məmmədov uzun illərin qovğasından sonra Eldar Əzizovla daha yaxın təmas qurmaq və onunla barışmaq üçün əlindən gələni edir. Lakin hələlik Əzizov Məmmədovla yaxın təmaslardan yayınır. Görünür tərəflərin hər iksinə bəllidir ki, ortada Bakı meri uğrunda maraq savaşı var.

Lakin Xətainin icra başçısı heç də dosyesini şəffaf tut bilmir çünki ortada illərlə yığılmış neqativ məqamlar var.

Diqqət yetirsəniz görərsiniz ki, indiyədək Razim Məmmədovun adı mətbuat səhifələrində bir sıra xoşagəlməz məqamlarda hallanıb. Məsələn, bir zamanlar (deyerler.org) mətbuatda yer alan informasiyaya görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı oğluna 300 min dollar dəyərində avtomobil alıb. Bildirilirdi ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. "Porsche Panamera" markalı bu avtomobil Bakıya 2010-cu ilin sonlarında gətirilib. Avropa bazarlarında 2009-cu ildən satışa çıxarılan bu avtomobillər elə də ucuz və tez tapılan mal deyil. 2010-cu ilin sentyabrına olan məlumata görə, indiyədək bütün dünyada cəmi 25 min belə maşın var. "Xetçbek" sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişir", deyə sözügedən məlumatda qeyd olunub. Məlumatda o da bildirilir ki, həmin vaxt icra başçısının oğlunun 16 yaşı olub. Bərəkallah 16 yaşında bir uşaq zamanında 300 minlik maşın sürüb…

Razim Məmmədovla bağlı yayılmış başqa bir informasiyada isə onun bir oturuma 5 kiloqram kabab yediyi qeyd olunub. Belə ki, təxminən, 5 il öncə bununla bağlı www.musavat.com saytında oxuculara təqdim olunmuş məlumatda bildirilirdi ki, "Bir oturuma 5 kilo kabab yeyən icra başçısı kimdir?" adlı sorğu keçirilib və 100-dən çox oxucu bu sorğuya qatılıb. "10-dan çox şəxs düzgün cavab verib. Onlar yazıblar ki, bu adam Xətai rayonunun icra başçısı Razim Məmmədovdur", deyə qeyd olunan yazıda bildirilir ki, Razim Məmmədovu tanıyan şəxslərdən biri bu faktı təsdiqləyib: "İlk cavab verən şəxs - R.S. isə təəssüf ki, adının qəzetdə yazılmasını istəmir. Bunun səbəbini belə izah edir ki, Xətai rayonunda dövlət strukturlarında çalışır, işini itirə, təzyiqlərə məruz qala bilər. O bildirib ki, Razim Məmmədovu tanıyır və onun bir oturuma 5 kilo kabab sifariş edib yeməsindən məlumatlıdır".

Xətai rayonunun icra başçısı ilə bağlı mətbuatda dərc olunanlar bununla bitmir. Onların sayı-hesabı yoxdur. Lakin ən maraqlısı odur ki, Razim Məmmədov vətəndaşı dəlixanaya saldırmaq istəyib, uşaq bağçasının yerinə restoran tikdirməyi planlaşdırıb və sairə. Mövzu ilə bağlı digər ilginc informasiyanı isə bu yaxınlarda gunpress.az saytı yayımlayıb. Həmin məlumatda bildirilir ki, mənzil sahibi olmaq həvəsində olan və bunu az qala, hobbi həddinə çatdıranlardan biri də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdur. Verilən məlumata görə, özü hündürmərtəbəli bina tikintisilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadratmetrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir. Onu da qeyd edək ki, Razim Məmmədov həmçinin, Novxanı başda olmaqla, istirahət zonalarına sahiblənib. Amma onun əsas marağı mənzillərədir. Mənbənin sözlərinə görə, yaxın adamlarının adlarına olmaq şərtilə Razim Məmmədovun yalnız Bakının mərkəz hissəsində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 1 mln. manatdır. Amma Razim Məmmədovun ən sevimli mənzili keçmiş "Muğan" otelinin yerində tikilən hündürmərtəbəli binadadır. Mənbənin sözlərinə görə, həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar, bir sözlə, ən böyük villalarda belə olacaq imkanları yaradıb…

Bu sadalanan faktlar ictimayyətə bəlli olan faktların yalnız 10 faizidir. Mənbə iddia edir ki, Razim Məmmədov daha yüksək vəzifəyə keçərək əlində olan bu imperiyanı da qoruyub saxlamaq istəyir. Əgər Bakı meri Eldar Əzizov və ya başqa birisi olarsa bu Xətainin icra başçısının istefaya yollanma qərarına bərabər bir hökmə bərbaər olacaq.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ