SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Separatçıları görüşüb rəsmi Bakını pis vəziyyətə qoyan diaspor rəhbəri Bakıya gəlir – Səbəb

Separatçıları görüşüb rəsmi Bakını pis vəziyyətə qoyan diaspor rəhbəri Bakıya gəlir – Səbəb

Tarix:

19-09-2018, 17:29

/ 1 421 dəfə oxundu.
Separatçıları görüşüb rəsmi Bakını pis vəziyyətə qoyan diaspor rəhbəri Bakıya gəlir – Səbəb

Avropa Azərbaycanlıları Konqresində (AAK) bunt yaşanır; Sahil Qasımov Bakıda dəstək axtarır…

Əldə etdiyimiz məlumata görə Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov sabah Bakıya gəlir. Avropadakı Azərbaycan diasporunun rəhbərinin Bakıya gəliş səbəb isə ilgincdir. Belə ki, Sahil Qasımov hazırda ona qarşı üsyan edən AAK üzvlərini sakitləşdirçək üşün rəsmi Bakıdan dəstək alamaq üçün Bakıya təşrif gətirdiyi iddia olunur.

PİA.az-ın xaricdəki diaspora nümqyəndələrindən əldə etdiyi məlumata görə Sahil Qasımovun Bakıda olduğu müddətdə Diasporla İş Komitəsinin sədri Fuad Muradovun və eyni zamanda Xarici İşlər Nazirliyinin hamiliyini qazanmağa çalışacaq. Lakin bu heç də asan görünmür. Çünki sabiq Diasporla İş Komitəsinin sədri Nazim İbrahimovun çox yaxın adamı olan Sahil Qasımovun Fuad Muradovla anlaşa bilməsi heç də inandırıcı görünmür.

Digər tərəfdən təqribən iki ay əvvəl Avropa Azərbaycanlıları Konqresinin (AAK) Birinci vitse-prezidenti Füzuli Məmmədovu vəzifəsindən aldırdığına görə sonuncunun Sahil Qasımova Bakıda problemlər yaradacağı da istisna olunmur. Sahil Qasımovun digər problemi isə Fuad Muradovla Xarici İşlər Nazirliyi arasında sərinliyin olmasıdır.

AAK sədrinin ən böyük problemlərindən biri də odur ki, Fuad Muradovdan dəstək almağa nail olsa belə, bu halda Xarici İşlər Nazirliyindən dəstək ala bilməyəcək. Xarici İşlər Nazirliyindən dəstək aldığı təqdirdə isə Diasporla İş Komitəsinin qapısının onun üçün bağlanacağı da şübhə doğurmur. Ona görə də AAK sədrinin işi hazırda çox zor görünür.
Sahil Qsdımovun işini çətinləşdirən əsas nüanslardan biri də ötən il rəsmi Bakının iradəsinə və siyasi kursuna zidd olaraq İspaniydan müstəqilliyini elan edən Katoloniya separatşıları ilə görüşməsidir. Həmin görüşdən sonra rəsmi olaraq biruzə verilməsə də Azərbaycanla İspaniya hökümətləri arasında problem yaşanıb və bu problem sonradan yoluna qoyulsa da bu görüşün ziyanları hələ tam kompensasiya edilməyib. Doğurdan da Dağlıq Qarabağ kimi bir separatçılıq problemi olan bir ölkənin aparıcı diaspor təşkilatının sədrinin İspaniyanın ərazi bütövlüyünü təhlükə altına alan Katoloniya separatşıları ilə görüşü məntiqə sığmır. Doğrudur sonradan Sahil Qasımov bunun əksini söyləsə də Avropadakı diaspor nümayəndələri bunun əksini söyləyirlər.
Buna görə də Sahil Qasımovun Bakıdan rəsmi dəstək ala biləcəyi heç də inandırıcı görünmür. Belə bir dəstəyi alacağı təqdirdə rəsmi Bakı həm Avropadakı daspor təşkilatlarının parçalanmasına, həm də İspaniyanın yenidən narazılığına səbəb ola bilər.
Qeyd edək ki, hazırda AAK parçalamış vəziyyətdədəir. AAK üzvlərinin böyük bir qismi Sahil Qasımovu Nazim İbrahimovla birlikdə maliyyə fırıldıqlarında ittiham edir. Xatırladaq ki, bir qrup jurnalist və bloggerin apardığı araşdırma zamanı AAK Prezidenti Sahil Qasımovun korrupsiya sxemi aşkara çıxarılıb. Həmin araşdırmalara görə Sahil Qasımov külli miqdarda AAK vəsaitini mənimsəyib. İttihamların həddindən artıq sərt olmasına baxmayaraq Sahil Qasımov bu ittihamlara məntiqli cavab verə bilməyib.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...

pia.az

Şərhlər

XƏBƏR LENTİ