SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ

Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ

Tarix:

17-09-2018, 17:05

/ 1 284 dəfə oxundu.
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il sentyabrın 21-də saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ