SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş milli təhlükəsizlik naziri insult keçirib

Keçmiş milli təhlükəsizlik naziri insult keçirib

Tarix:

14-09-2018, 17:45

/ 1 974 dəfə oxundu.
Keçmiş milli təhlükəsizlik naziri insult keçirib

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb. Bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat verib.

Məlumata görə, eks-nazir insult keçirib.

“Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkimlərin ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır”,-sabiq nazirin yaxınları bildiriblər.

Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Şərhlər

XƏBƏR LENTİ