SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat obyektində "gestapo" yaradıb - İşçiləri cəzalandırır

Deputat obyektində "gestapo" yaradıb - İşçiləri cəzalandırır

Tarix:

3-03-2017, 10:24

/ 1 763 dəfə oxundu.
Deputat obyektində "gestapo" yaradıb - İşçiləri cəzalandırır

“Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı son vaxtlar ciddi məsələlər ortaya çıxıb. Hətta vətəndaşın 300 minlik əmlakının əlindən alınması ilə bağlı məsələ ortaya çıxandan sonra vergi və audit yoxlamasının fəaliyyətə keçdiyi bildirilir. Və ortada böyük faktların mövcud olduğu vurğulanır.

Maraqlıdır ki, “Ştutqart” mağazalar şəbəkəsinin rəhbərliyi özləri üçün yaranmış arzuolunmaz vəziyyətdən çıxmağa çalışdıqları bir vaxtda işçilərə qarşı da xoşagəlməz addımlar atmaqda davam edirlər. Belə ki, işçiləri cərimələmək, onlara töhmətlər vermək kimi addımlar atırlar. Əldə etdiyimiz məlumata görə, ötən ay “Ştutqart” MMC-nin 15 nəfərə yaxın əməkdaşı müxtəlif məbləğdə cərimə olunublar. Bu şəxslər arasında Qubad, Səməd, Şırxan, Nicat və adlarını öyrənməyə çalışdığımız digərləri 200 və 100 manat məbləğində cərimələniblər. Hətta hansısa xırda bir məsələyə görə, bir neçə nəfər işçinin işdən azad olunduğu da bildirilir. Vurğulanır ki, bəzi işçilərin cərimə olunması digər işçilər arasında olan mübahisənin niyə rəhbərliyə xəbər verilməməsi ilə bağlıdır.
Qeyd edək ki, “Ştutqart” mağazalar şəbəkəsi Milli Məclisə Masallı rayonundan deputat seçilmiş Nəriman Əliyevə məxsusdur. Amma bütün işləri “Ştutqart” MMC-nin direktoru vəzifəsini yerinə yetirən, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev icra edir.
Qeyd olunanlarla bağlı MMC-nin mərkəzi ofisindən Orxan müəllim bildirdi ki, bele bir fakt mövcud deyil.

Kivnews.com

Şərhlər

XƏBƏR LENTİ