SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » General Novruzov Zakir Həsənovu yüksək vəzifəyə necə qaldırdı? - İLGİNC

General Novruzov Zakir Həsənovu yüksək vəzifəyə necə qaldırdı? - İLGİNC

Tarix:

2-03-2017, 17:03

/ 5 901 dəfə oxundu.
General Novruzov Zakir Həsənovu yüksək vəzifəyə necə qaldırdı? - İLGİNC

Azərbaycan Sərhəd Qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Abbasəli Novruzov Müdafiə Naziri general-polkovnik Zakir Həsənovla bağlı maraqlı açıqlama verib.

O, açıqlamasında bildirib ki, Zakir Həsənovu Azərbaycanda yüksək vəzifəyə o təyin edib:

"Onu hər zaman bacarıqlı bir komandir kimi tanımışam. Mən, Sərhəd Qoşunlarına rəhbər təyin olunanda Zakir Həsənov burada hərbi çağırışla məşğul idi. O vaxt kadrlarımız çatışmırdı. Ruslar hər şeyi götürüb getmişdilər. Sərhəd dağınıq vəziyətdə idi. Rəhbər vəzifələrə kadr tapılmırdı. Zakir müəllim diqqətimi cəlb etdi. Dərhal onun şəxsi işi ilə tanış oldum. Gördüm ki, Zakir Həsənov Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən Almaniyada yerləşən Sovet Ordusu sıralarında yüksək vəzifədə xidmət edib. 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində çağırışçı vəzifəsində işləyib. Bundan sonra Zakir Həsənovu yanıma çağırdım. Bildirdim ki, çağırış onun yeri deyil. Onu dərhal "naçanlik ştabın” müavini vəzifəsinə təyin etdim. Zakir müəllim ora getdikdən sonra çox yaxşı işlər gördü. Sonra onu yanıma gətirib köməkçim təyin etdim.

Daha sonra Daxili Qoşunlarda yer boşalanda prezident Sərhəd Qoşunlarından iki namizədin adını təqdim etməyimizi istəmişdi. Biz də dərhal Zakir Həsənov və general rütubəli İlham adlı şəxsin adlarını təqdim etdik.

Müəyyən səbəbə görə, İlham deyil, Zakir Həsənov Daxili Qoşunların rəhbər vəzifəsinə gətirildi. Hesab edirəm ki, prezident bu seçimi ilə çox düzgün addım atmış oldu. Zakir Həsənov orada da çox yaxşı işlər gördü. Xüsusən, türklərlə çox yaxşı münasibətlər qurdu. Bundan sonra prezident İlham Əliyev sağ olsun ki, Zakir Həsənovu daha böyük pilləyə qaldıraraq onu Müdafiə Naziri təyin etdi”.

General Müdafiə naziri vəzifəsinə təyin edildikdən sonra da Zakir Həsənovun orduda çox böyük işlər gördüyünü dilə gətirib: "Özü ilə də görüşüb bu haqda danışmışam. Zakir Həsənovun orduda vəziyyəti daha da yaxşılaşdırmaq üçün çox önəmli fikirləri var. Bu adam canını qoyur və Silahlı Qüvvələrimizi möhkəmləndirir.

Hesab edirəm ki, Zakir müəllim Müdafiə Naziri vəzifəsinə gəldikdən sonra orduda çox böyük canlanma gedir. Mən şəxsən inanıram ki, lazım olsa, Azərbaycan Ordusu erməniləri diz çökdürməyə tam hazırdır”.

unikal.org

Şərhlər

XƏBƏR LENTİ