SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir - Tender oyunları...

47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir - Tender oyunları...

Tarix:

1-09-2018, 13:36

/ 1 160 dəfə oxundu.
47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir - Tender oyunları...

47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir. Həmin şirkətlər 2012-ci ildən 2016-cı ilə qədər dövlət qurumları tərəfindən elan edilmiş 6 milyon manat (cari valyuta məzənnəsinə görə 3.5 milyon dollar) dəyərində olan 180 tenderin qalibi olub. Ancaq axtarış zamanı məlum olur ki, həmin şirkətlərin çoxunun nə faktiki ünvanı, nə də əlaqə nömrəsi var. Buna baxmayaraq, şirkətlər əsasən, iki ünvanda qeydiyyatdan keçirilib. Həmin ünvanların heç birində azərbaycanlı iş adamının özünə aid bir iz yoxdur.47 yaşlı azərbaycanlı iş adamı ölkədə qeydiyyatdan keçirilən 50-dən çox şirkətin sahibidir.
İş adamı Fəxrəddin Məmmədovla nə telefon, nə də şirkətlərinin qeydiyyatdan keçirildiyi ünvanda yaşayan dostları və qohumları vasitəsilə əlaqə saxlamaq mümkün oldu. Məmmədovun və yaxud onun şirkətlərinin qeyri-qanuni bir iş görməsi ilə bağlı heç bir sübut yoxdur. Ancaq nə üçün kimsə ofis və yaxud işçi heyəti olmadan dövlət tərəfindən elan edilən tenderlər üçün çoxsayda fərdi şirkətlər yaratsın?
Ekspertlər sahibkarın birdən çox şirkət yaratmağının əsas səbəbini vergi qanunvericiliyi ilə bağlı olduğunu düşünürlər. Əgər şirkətin illik dövriyyəsi 200 min manatdan ($118,000) aşağıdırsa, o zaman, o, 4 faizilk sadələşdirilmiş veri ödəməlidir. Ancaq bu rəqəm yuxarıdırsa, o zaman 18 faizlik ƏDV ödəməlidir. Əgər, satınalma qeydiyyatdan keçibsə, o zaman ƏDV geri qaytarılır. Eyni zamanda bir şirkətin müxtəlif tenderlərdə qalib olması qəbuledilən olmadığı üçün, sahibkarlar birdən çox şirkət yaratmağa üstünlük verirlər.

24saat.az

Şərhlər

XƏBƏR LENTİ