SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fuad Muradov Elmar Məmmədyarovla anlaşa bilmir?

Fuad Muradov Elmar Məmmədyarovla anlaşa bilmir?

Tarix:

31-08-2018, 14:05

/ 1 824 dəfə oxundu.
Fuad Muradov Elmar Məmmədyarovla anlaşa bilmir?

Aprel ayında Azərbaycan Prezidentinin sərəncamı ilə Milli Məclisin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Keçən bu müddət ərzində F.Muradov hələ ki, Azərbaycanın xaricdə təmsilçiliyini kiçik gənclər dərnəkləri ilə təşkil edib. Azərbaycanı xarici ölkələrdə təmsil edən iri diaspor qurumları, konqreslər, ittifaqlarla görüşlər komitənin iş planında olmayıb və icra edilməyib.

Bu ilin iyulun 17-də Fuad Muradov Ruminiyaya səfər edib. Fuad Muradov xaricdə yaşayan rumınlarla iş üzrə nazir xanım Natalya-Elena İntotero ilə görüşüb. Bu görüşlə bağlı rəsmi xəbərdə deyilir ki, görüşdə diplomatlar da iştirak ediblər. Amma görüşdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov iştirak etməyib. Ümumiyyətlə bu səfərin məhsuldar keçdiyi iddia olunan rəsmi press-relizdə deyildiyi kimi görüşdə imzalanan memarandumda da ölkəmizin xeyrinə mühim bir bənd yoxdur. Sənədə əsasən Ruminiya mədəniyyətinin təbliği, rumin dilinin öyrənilməsi və sair məqamlar daha çox üstünlük təşkil edib ki, bu da bizim ölkənin təbliği üçün mühim deyil. Xəbərin sonunda Ruminiyadakı səfirlikdə görüş keçirildiyi deyilir. Amma görüş barədə detallı olaraq heç bir bilgi verilmir.

Fuad Muradovun başqa bir tədbiri isə iyulun 16-da Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamları ilə keçirilib. Görüş haqqında komitədən yayılan xəbərdə deyilir ki, “Made in Azerbaijan” brendinin tanıdılması üçün Almaniyadakı iş adamları ilə fikir mübadiləsi də aparılıb. Görüşdə tələbələr də iştirak ediblər. Amma görüşdə Fuad Muradovdan başqa heç bir tələbənin və ya Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamının adına və soyadına rast gələ bilmədik.

İyulun 14-də isə F.Muradov Parisdə görüş keçirib. Amma görüşdə Azərbaycan tərəfdən kimlərin iştirak etdiyi, ümumiyyətlə Azərbaycanın Fransadakı səfirinin bu görüşdə olub-olmadığı barədə bir cümlə belə yoxdur.

Nəhaəyət avqustun ayının 24-də Şəki şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi olub. Rəsmi xəbərdən də göründüyü kimi tədbirə dəstəyi gənclər və idman nazir Azad Rəhimov verib. Rəsmi xəbərdə tədbvirdə 37 ölkədən 140 nümayəndə qatıldığı deyilir. Amma bu təmsilçilərin çıxışları, təmsil etdikləri ölkələrlə bağlı məlumata rast gələ bilmədik.

Bütün bu faktları təsadüfən sadalamadıq. Uzun illərdir ki, Azərbaycanın dövlət başçısı da çıxışlarında qeyd edir ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları ilə Diaspor Komitəsi yaxından əməkdaşlıq etməlidir. Amma deyəsən Fuad Muradov hələ ki, dövlət başçısının bu strateji hədəf tapşırığının icrasına nail ola bilmir.

Yeri gəlmişkən, Azərbaycan Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı adıçəkilən komitənin xaricdə diaspor təşkilatları ilə birgə hansısa tədbirlər keçirib-keçirməməsinə dair də rəsmi xəbərlər tapa bilmədik...

gündəminfo.az

Şərhlər

XƏBƏR LENTİ