SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Polis adından təhdid edilən baş redaktor Ramil Usubova yazdı

Polis adından təhdid edilən baş redaktor Ramil Usubova yazdı

Tarix:

24-08-2018, 14:37

/ 1 613 dəfə oxundu.
Polis adından təhdid edilən baş redaktor Ramil Usubova yazdı

Reportyor.İnfo saytının baş redaktoru Arifə Əliyeva Qurban bayramı günlərində özünü polis kimi göstərməyə çalışan şəxs tərəfindən təhdid olunması ilə bağlı Daxili İşlər naziri, cənab Ramil Usubova müraciət edib.

Baş redaktor bir müddət əvvəl criminal.az saytına istinadən rəhbərlik etdiyi KİV-də Ağdaş Rayon Təhsil Şöbəsimüdirinin oğlu Rəhman Cəfərlinin həmin bölgədə fəaliyyət göstərən Murad Musayev adlı bir jurnalistlə arasındakı qalmaqala dair material dərc edib.

A.Əliyevə DİN rəhbərinə müraciətində bildirib ki, ona zəng edərək və kimliyini açıqlamayan şəxs həmin yazıya görə təhdidlər yağdırıb.

“Ağdaş təhsil şöbəsi rəhbərliyi və onun oğlunun nədənsə qəfildən yadına düşüb ki, xeyli vaxt əvvəl istinadla təqdim olunan məqaləni sildirmək lazımdır.

Özünün polis kimi göstərməyə çalışan həmin şəxs Daxili İşlər Nazirliyinin nüfuzuna xələl gətirən addım ataraq məni həbslə hədələdi. Onun səs yazısı məndə var.

Mənə açıq nömrədən zəng edən bu şəxs dərhal həmin yazını saytdan götürməyi tələb etdi.

Onun yanından radiostansiya ilə danışığın aparıldığına dair səslər də açıq eşidilirdi. Bəlkə də belə ab-havanı məndə xof yaratmaq üçün təşkil etmişdilər.

Həmin adam mənə deyirdi ki, criminal.az saytı bağlanıb və onun sahibi həbs olunubsa, niyə məlum yazı reportyor.info-da qalmalıdır?

Mən ona bildirdim ki, əvvəla, onun dediyi jurnalist həbs edilməyib və saytın hansısa səbəbdən bloklanması heç də kiməsə bizimlə hədə tonunda danışmağa və deyilən yazını saytdan silməyə əsas vermir. Mən artıq baş verən hadisə ilə bağlı 102 xidmətinə məlumat vermişəm”.

A.ƏliyevaDaxili İşlər Nazirliyindən məsələnin nəzarətə götürülüb araşdırılmasını xahiş edir:

“Bu, nazirliyin reputasiyasına, cənab Ramil Usubovun və ümumilikdə polisin fəaliyyətinə zidd hadisədir, mənfi təsir edən haldır.

Biz jurnalistlər Azərbaycan vətəndşalarıyıq və təhlükəsizliyimiz təmin olunmalıdır. Ancaq özünü polis kimi təqdim edən şəxs hansısa təhsil şöbəsi müdirinin haqqında yazını sildirməyi tələb edir, xox gəlir, tutmaqla hədələyir, idarə müdirinə qahmar çıxır.

Mən inanıram ki, cənab nazir Ramil Usubov məsələni nəzarətinə götürüb mənimlə hədə dilində danışan şəxsin kimliyini araşdırmağa göstəriş verəcək.

Digər tərəfdən, təhsil naziri Ceyhun Bayramova da müraciət edəcəyəm. Çünki Ağdaş RTŞ direktoru və oğlunun fəaliyyəti ilə bağlı yoxlama aparılmasına tapşırıq verilməsinə ciddi zərurət var.

Görünür, bir neçə ay əvvəl işıqlandırılmış məqalənin indi saytdan silinməsini tələb etmələri təhsil şöbəsi müdiri Hürü Əliyeva ilə oğlunu təşviş içində olmalarından irəli gəlir və polisi bu işə alət edirlər.

Cənab Ramil Usubovun tapşırığı əsasında araşdırma başlanarsa və məni təhdid edən səs yazısının hansı polisə aid olduğu üzə çıxarsa, onun Hürü Əliyeva və Rəhman Cəfərli ilə hansı yaxınlığının olduğu da aydınlaşacaq”.

Şərhlər

XƏBƏR LENTİ