yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Hacı Mazan” polis bölməsində - Video

“Hacı Mazan” polis bölməsində - Video
24-08-2018, 11:24 337 dəfə baxılıb

"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun polis bölməsinə aparılmasının görüntüləri yayılıb.
Xalqxeber.Az BakuPost-a istinadən xəbər verir ki, hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.
Xatırladaq ki, həmin gün "Hacı Mazan” Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in "102” xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar.
Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır. Maraqlıdır ki, hadisə Binəqədi rayonu ərazisində baş versə də, işin araşdırılması birbaşa Bakı şəhər Prokurorluğuna həvalə olunub. Bu, onunla izah olunur ki, "Hacı Mazan” Binəqədi rayonunda bina inşa edib, bir sıra biznes layihələri həyata keçirib və həmin rayonda hüquq-mühafizə orqanlarına təsir imkanına malikdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ