SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Bizə yerə uzanmağı əmr etdi, təkbaşına 70 erməni öldürdü” - Şəhidimizin qəhrəmanlıqları

“Bizə yerə uzanmağı əmr etdi, təkbaşına 70 erməni öldürdü” - Şəhidimizin qəhrəmanlıqları

Tarix:

2-03-2017, 11:46

/ 3 124 dəfə oxundu.
“Bizə yerə uzanmağı əmr etdi, təkbaşına 70 erməni öldürdü” - Şəhidimizin qəhrəmanlıqları

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərovun əmisi oğlu Vüsal Nəzərov sosial şəbəkədə şəhidimizin qəhrəmanlıqları ilə bağlı bəzi məqamları bölüşüb.

O, əmisi oğlunun hərbi xidmətdə olduğu müddətdə 120 erməni hərbçisini öldürdüyü iddia edib: "Şəhid qardaşım, kəşfiyyat bölüyü komandiri Şahlar Nəzərov haqda bildiklərimi sağlığında təhlükəsizliyi nöqteyi nəzərdən hər zaman gizlətmişik. Elə şeylər var ki, heç bir zaman açıqlanmır, açıqlanmayacaq. Amma bir məqam var ki, əziz qardaşımın korpus komandirinin də bildirdiyi kimi "Şahların qisasını alacağıq” demək bəlkə də lazımsız ifadə olar, çünki Şahlar özü öz qisasını alıb. Artıq bu fakt gizlədilmədən və fəxrlə deyilməlidir ki, Şahlar xidməti boyunca dəfələrlə erməni diversiya qruplarının təxribatının qarşısı aldığı zaman ümumilikdə 120-dən (!) artıq mənfur erməni hərbçilərini şəxsən öldürüb. 120!!! Hətta bir döyüşçü yoldaşı şəhidimizin nəşi üzərində ağlayaraq bu ifadələri işlətdi: "Şahlar keçən aylardakı son döyüşümüzdə bizə yerə uzanıb onu müdafiə etməyi əmr etdi və düşmənin təxribatı zamanıı arxasına təkbaşına keçərək bir gecədə 70 nəfəri təkbaşına qətlə yetirdi”.

V. Nəzərov düşmmənə Şahları öldürməyin asan başa gəlmədiyini deyib: "Əsgəri yaralandığı üçün onu çiyninə alaraq, döyüş meydanından çıxmaq istəyərkən mənfur düşmən gülləsinə tuş gələn Şahlar, uzun müddət sürünərək, öz postumuza doğru irəliləyib və qan itirərək şəhid olub.

Şərəfsiz ermənilər üç gün danışıqlara gəlməyərək, müxtəlif bəhanələr gətirərək, şəhidlərimizin cənazələrini verməməyə cəhdlər göstərdi. Ən son radistansiya vasitəsilə çıxaraq yenə 5 dəqiqə vaxt istədilər. "Qırmızı Xaç Komitəsi əynini geyinsin, gəlirik" dəyərək daha bir saata vaxtı uzatdılar. Ən sonda korpus komandiri vasitəsi ilə cənab nazirin "Əgər bu dəqiqə bu məsələ həll olunmasa, müharibə elə bu saat başlayacaq" göstərişindən 2 dəqiqə sonra şəhidlərin nəşi qaytarıldı”.

Şərhlər

XƏBƏR LENTİ