SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrüyün KRALI... - Bütün inhisarçılar ona biət edir...

Gömrüyün KRALI... - Bütün inhisarçılar ona biət edir...

Tarix:

17-08-2018, 12:16

/ 1 482 dəfə oxundu.
Gömrüyün KRALI... - Bütün inhisarçılar ona biət edir...

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunduğu gündən həqiqiətən də gömrükdə inhisara qarşı mübarizə aparır ki, məsələnin mahiyyətindən xəbərdar olmadığımız təqdirdə bizlərə yalnız onun bu fəaliyyətini təqdir etmək düşür. Amma hər şey göründüyü kimi deyil və bu barədə danışan məlumatlı mənbə bildirir ki, gömrük mobopolistlərini bir-birinin ardınca zərərsizləşdirən Səfər Mehdiyev bu gün həmin inhisar sahələrini öz nəzarətinə keçirib və inhisar istiqamətləri onun yaxın adamlarının əlindədir.

Bu da hamısı deyil. Redaksiyamıza Dövlət Gömrük Komitəsi sədrnin birinci müavini Səfər Mehdiyevlə bağlı əlavə ilginc faktlar da daxil olub. Əslindəı bu məlumatların əksəriyyəti əvvəlindən citimayətə bəlli idi. Sadəcə olaraq, Səfər Mehdiyev DGK rəisi keçdikdən sonra gücünün üstünə güc qatması ilə əlahiddə olaraq diqqət mərkəzinə düşüb. Məlumatlı mənbə bildirir ki, özünü Türkiyənin ali təhsil ocaqlarından birinin məzunu kimi təqdim edən və əslində elmi savadı olmayan Səfər Mehdiyev müəyyən bir dönəmdə şansı səbəbindən bu gün belə bir mötəbər vəzifəni tutsa da, əslində gömrük sistemində çox ciddi problemləri yaradan əsas fiqur kimi diqqətə gəlməkdədir.

Mənbə dia.az-a bildirir ki, Səfər Mehdiyevin təkcə özü yox, həm də yaxın qohumları bu gün qanun qarşısında cavab versələr, onların fəaliyyətləri araşdırılsa, ən sərt cəzaya belə layiq olarlar. Buna səbəbsə onların etdikləridir…

Mənbənin iddialarına görə, zamanında qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu BÖYÜK TALANdan sonra oradan kənarlaşdırdı. Səbəbsə İlham Tarquliyevin yol verdiyi böyük yeyintilər idi: «Əgər Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarquliyev Səfər Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir».

Mənbə dia.az-a bildirir ki, bu vəzifəyə keçəndən sonra İlham Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham Tarquliyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də talan davam etməkdədir.

Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız…
Mənbə bildirir ki, Səfər Mehdiyevin işləri tək bundan ibarət deyil. Bir başqa qohumunu - Gündüz adlı yaxınını Xırdalandakı ət-toyuq idxalı müəssisəsinin başına gətirdir və həmin şəxs də eyni zamanda Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərovla qudadırlar. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başına gətirdilir. Bütün bu işləri həyata keçirən Səfər Mehdiyev beləcə özünün həm də keçmiş Vergilər Naziri Fazil Məmmədovla bağlarını da möhkəmlətmiş olur. İddia olunur ki, elə bu gün Fazil Məmmədovun Türkiyədə istirahətinin təşkili də yeni gömrük şefimizə aid olan bir məsələdir... Hər halda, belə deyirlər...

Mənbə açılamasında Səfər Mehdiyevin sərvətinin bir hisəsi barədə də məlumat verir. Onların bəzilərini diqqətinizə təqdim edirik:

- Qusarda, Şamaxıda, Mərdəkanda villalar
- Onkologiyanın yanında supermarket
- Mərasim zalları
- Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası - bacanağının oğlu işlədir
- Badamdarda villası
- 200 dən çox maşının yer aldığı şəxsi avtomobil bazası...
Və daha nələr, daha nələr…

İndi isə Səfər Mehdiyev sürətlə "inkişafa" doğru irəliləyir. Təbii ki, öz biznesini çiçəkləndirmə yolunda...

Əlavə bilgilərimiz olacaq… Qarşı tərəfi də dinləməyə hazırıq…

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ