yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Payızda hansı icra başçılarına “davay do svidaniya” deyiləcək? – Siyahı

Payızda hansı icra başçılarına “davay do svidaniya” deyiləcək? – Siyahı
15-08-2018, 17:42 1 109 dəfə baxılıb

Bəzi icra hakimiyyəti başçıları şələ-şüləsini yığıb getməyə hazırlaşır. Onlara sentyabrdan yaxşı yol deyiləcək.

AzEuroNews.com–un xəbərinə görə, işğal edilmiş rayonların bəzi icra hakimlərinin yerinə yeni təyinatlar gözlənilir.

Qubadlı, Zəngilan, icra başçıları yenilənə bilər. Ağdamda artıq dəyişiklik olub. Tərtər, Lənkəran icra hakimləri də çamadan ovqatındadırlar.

Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır.

Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb.

Əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

Yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir.

Dövlət tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır.

Sumqayıt, Səbayel, Sabirabad icra hakimiyyətlərində yeni başçılar olacağı ehtimal edilir.

Gözlənildiyi kimi, nazirlərdən sonra icra başçıları təzələnməyə başlayıb. Bu da cəmiyyətin sosial sifarişidir.

Artıq Binəqədiyə və Tovuzda yeni icra hakimləri təyin olunub. Bakı meri, Gədəbəy və Ağdam rayon icra başçısı postları boş qalıb.

Amma proses bu bölgələrlə məhdudlaşmayacaq. Hakimiyyətdəki mənbələrdən sızan iddialara görə, Laçın icra başçısı Aqil Nəzərli, Nəsimi rayon başçısı Asif Əsgərov da növbəsini gözləyir.

Eynilə, Daşkəsənin icra hakimi Əhəd Abıyev, Lənkərandakı həmkarı Taleh Qaraşov, Tərtərin icra başçısı Müstəqim Məmmədov səksəkədədir.

İddialar var ki, Ağstafa icra başçısı Məhərrəm Quliyev, Sabirabad və Saatlıya rəhbərlik edən Nazim İsmayılovla Siraqəddin Cabbarov da təşvişdədirlər.

Bölgələrdə idarəetmənin refreşinə ciddi ehtiyac var idi. Görünən odur ki, xalqa xidmət etməyən icra hakimləri yola salır.

Bu baxımdan rayonlarda icra hakimiyyətləri fəaliyyətinə təzədən baxmalı, nizamlamalı olacaqlar. Çünki əvvəlki dövr deyil və vətəndaşların daha çox şikayət etdiyi əyalətlərdə dəyişikliklər qaçılmaz olacaq.

Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, Suraxanı rayon icra başçısı İlqar Abbasov, Xızının başçısı Xəzər Aslanovun da vəziyyəti ürəkaçan deyil.

Hacıqabul, Kəlbəcər, Zəngilan, Astara rayon icra hakimiyyətlərində də dəyişikliklər istisna edilmir.

Prezident İlham Əliyevə son zamanlar ən çox şikayətlərin Beyləqan, Tərtər icra başçılarından getdiyi məruzə olunub. Eləcə də Laçın və Sumqayıt icra başçılarının adı çox çəkilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ