SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ya işçiləri onu aldadır, ya da o camaatı... - Səfər Mehdiyev b məsələyə mütləq nəzər salmalıdır

Ya işçiləri onu aldadır, ya da o camaatı... - Səfər Mehdiyev b məsələyə mütləq nəzər salmalıdır

Tarix:

15-08-2018, 16:13

/ 1 451 dəfə oxundu.
Ya işçiləri onu aldadır, ya da o camaatı... - Səfər Mehdiyev b məsələyə mütləq nəzər salmalıdır

Bir neçə gün əvvəl Avtonəqliyyat Baş Gömrük İdarəsi tərəfindən aldadılan bir vətəndaşımızın problemini işıqlandırdıq. Bunun ardından isə baş verənlər diqqətli oxucularımızın xatirindədir. DİA.AZ bildirir ki, Dövlət Gömrük Komitəsinin həşəmətli mətbuat xidməti elə bir məlumat yaydı ki, sanki belə bir hadisə baş verməyib və guya media onlara şər atıb.

Halbuki ortada şikayət də var və günü bu gün də var, şikayətçi də... Amma buna rəğçən DGK mətbuat xidməti elə bir açıqlama yaydı ki, güıməkdən öldük... Həqiqətən də öldük!

Öldük, yerə girdik ki, dövlətimizin qapıları məhz belələrinin, bu cür düşüncə sahiblərinin əlindədir.

Bəli, maləsəf, bu belədir. Və bu gün başında Səfər Mehdiyevin dayandığı sistem özünü cəmiyyətə yenilikçi kimi sırımağa çalışsa da, əslində köhnə eybəcərliklərin mahir ifaçısından başqa bir şey olmadıqılarını tam ortaya qoymuş oldular.

Səıfər Mehdiyev tam olaraq sübutladı ki, yalançı rəqəmləri ilə bütün ölkəni yuxuya verməkdən başqa bir işi bacarmırlar. Yəqin onlara belə deyiblər ki, "köhnədən yığdıqlarınızın müəyyən qismini büdəcəy keçirin, ilk ayları belə yola verin, sonrası Allah kərimdir"... Amma onlar və onların arxasında dayananlar da bilməlidirlər ki, bu ölkəni idarə edən CƏNAB PREZİDENT üçün kiminsə gözünün, qaşının qara olması yox, Azərbaycan vətəndaşının hüquq və haqları daha önəmlidir. Və onlar öz qoçuluqlarını yalnız və yalnız şəxsi obyektlərində edə bilərlər. Azərbaycan dövlətinin hansısa qurumunda YOX!

Görünür, Səfər Mehdiyev və onun ətrafı hələ də bu HÜQUQİ GÖZƏLLİKDƏN xəbərsizdir... Belə olmasaydı, bu gün onun adamları hətta Gürcüstandan şəxsi istifadə üçün maşın alan jurnalistlərə belə "HARA YAZIRSINIZ, YAZIN XEYRİ OLMAYACAQ" demək qədərində cəsarətli ola bilməzlər. Amma onlar hələ də haqlıdırlar...

Ona görə ki, bu gün DGK adına hansıza telefon nömrəsi vətəndaş üçün açıq deyil və şikayət olunası ünvan yoxdur. Və bir neçə gün əvvəl yazdığımız - istinadla yaydığımız bir xəbəri xüsusi aqresivliklə qarşılayan, hətta bu zaman mətbuatı aşağılamaqdan belə çəkinməyən DGK mətbuat xidməti belə telefonlara cavab vermirsə, BİZ KİMƏ SORĞU GÖNDƏRMƏLİYİK, CƏNAB SƏFƏR MEHDİYEV?????!!!

Bunu, lütfən bizə izah edin...

Bilirsinizmi ki, Siz postunuzda əbədi deyilsiniz... Sizin əbədiyyət kimi gördüyünüz 5-10 il sanılı günlərdən ibarətdir və bu saılı günlərə görə, qəzəb qazanırsınızsa, məhz dövlətimizin hüquq sisteminin hədəfi olmaqdan çəkinmirsinizsə, bizi Sizə başqa bir sözümüz yoxdur. Amma bilin ki, bu işin axırı da yoxdur...

Şərhlər

XƏBƏR LENTİ