SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov

Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov

Tarix:

3-08-2018, 16:20

/ 2 194 dəfə oxundu.
Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov

Redaksiyamıza bir şikayət daxil olub. Şikayəti olduğu kimi təqdim edirik:

Hörmətli Redaksiya rəhbəri.

Sizin xalqın xeyrinə problemlərinin həllinə köməklik göstərərək onların müraciətlərini saytınızda işıqlandırdığınızın dəfələrlə şahidi olmuşuq. Sizə pənah aparan heç kimi naümüd qoymamısız. Ona görə Sizin vasitənizlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vitse-Prezident xanım Mehriban Əliyevaya, Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə və aidiyyəti qurumlara müraciət ünvanlayırıq.

Bildirmək istəyirik ki, biz, yəni 50 nəfərdən çox Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün ailəsi olaraq qanuni sənədlər əsasında Nərimanov rayonu, Dərnəgül qəsəbəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və oradan yaşayış üçün istifadə edirik. Oğlum Orxan əlbəyaxa döyüş üzrə Dünya Kubokunu qazanaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırmışdır. Lakin Vergilər Nazirliyinin əməkdaşı Mehti Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dəfələrlə bizə hədə-qorxu gəlir, sahibkarlıq fəaliyyətimizə maneçilik edir, obyekti bağlayacağı və yaşayış yerlərini sökəcəyi ilə hədələyir. O vergi işçisi olaraq həm də bizə qarşı xuliqanlıq etdiyinə görə Nərimanov rayon Məhkəməsinin 31.10.2017-ci il tarixli 1(005)-283/2017 nömrəli hökmü ilə əvvəllər məhkum edilmiş qohumu Surxay Alıyevlə birgə heç bir vergi ödəmədən və işçilərlə əmək müqaviləsi bağlamadan gecə saat 20.00-dan-07.00-dək qonşuluqda “Görüş” kafesini işlədərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksəs səslə “ədəbsiz”musiqi səsləndirir, antisanitar vəziyyət yaradır, hərəkət yolunu zəbt edərək heç bir sənəd olmadan şifer satışı obyekti tikib orada işləyən və yaşayan sakinlərin gediş-gəlişinə maneçilik etməklə narahatlığına səbəb olur. Vergi işçisi Mehdi Novruzov öz qanunsuz əməllərini ört-basdır etmək üçün obyektin kassa aparatını digər şəxsin adına sənədləşdirir.

Həmçinin bizə məxsus obyektdən oğurluq etdiklərinə görə onların işçiləri barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi qaldırılmışdır.

Eyni zamanda onlar İnzibati Xətalar Məcəlləsinin 398 (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma), 460-cı (vergiləri ödəməkdən yayınma) və Vergilər Məcəlləsinin 57, 58.10, 59-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətmişlər.

Bu barədə Vergilər Nazirliyinə dəfələrlə müraciət etsək də Xəqani Sədrəddinov və Katibliyin rəhbəri Nigar Alimova öz Nazirini və bizi aldadaraq obyektin bağlı olması barədə məktublar göndərmişdir.

Halbuki həmin müddətdə Bakı şəhər Baş Polis İdarəsindən mənə göndərilmiş məktubda həmin obyektin qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilərək İXM-nin 211(Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması), 521-ci (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) və 510 (xırda xuliqanlıq) maddələri ilə inzibati protokollar tərtib edildiyi göstərilmişdir. Buna görə Mehdi Novruzov bizi təqib edərək təzyiqləri davam etdirir.

Bundan başqa Mehti Novruzov deputat əmisi Siyavuş Novruzov və digər əmisi olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovun (saytlar bu barədə məlumatı təsdiq edir) adından istifadə edərək və onlara arxalanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun əli ilə vətəndaş Asya Əskərova barəsində heç bir əsas olmadan qanunsuz olaraq İXM-nin 253.2-ci (qanunsuz ağackəsmə) maddəsilə inzibati protokol tərtib etdirmişdir. Lakin vətəndaş Asya Əsgərovanın etdiyi şikayətə Nərimanov rayon məhkəməsində baxılaraq şikayəti təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 507-ci məhəllədə çürümüş ağacın güclü külək əsməsi nəticəsində qırılaraq piyada yolunu bağladığından 06.03.2018-ci il tarixdə Hacıyev Vasif Əlövsət oğlu tərəfindən qurumuş ağacı hissələrə bölərək yolu təmizlədiyi tədqiq edilərək Nərimanov rayon Məhkəməsi tərəfindən 16.05.2018-ci il tarixli 3(005)-839/2018 nömrəli Qərar qəbul edilmişdir.

Bu məsələ ilə bağlı 16.05.2018-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevin qəbulunda olarkən Nazir bizi hörmətlə qəbul edərək məhkəmə qərarının üstün qərar olduğunu bildirərək şikayətimizin həll edilməsi barədə aidiyyəti əməkdaşlara tapşırıq verdi.

Buna baxmayaraq Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov səlahiyyəti çatmadığı halda məhkəmə qərarını ləğv edərək və Nazirin göstərişinə hörmətsizlik etməklə 06 iyul 2018-ci il tarixli, 00019 nömrəli qərarla qərəzli olaraq Asya Əsgərovanı yenidən İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə ittiham edərək barəsində 2000 (iki min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi qərar qəbul etmişdir.

Bununla da Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov səlahiyyəti çatmadığı halda məhkəmə qərarını ləğv etməklə Azərbaycan tarixində ilkə imza atmışdır. O, qanunsuz hərəkətləri ilə təxribat yaratmaqla 50-dən çox əhalini yeni təyin olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirə qarşı qaldırır və nüfuzunu aşağı salmağa çalışır. Bununla bağlı Nazirliyə etdiyimiz rəsmi müraciətlərə hələ ki cavab verilməyib.

Xahiş edirik ki, müraciətimizi saytınızda işıqlandırasınız. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə, Asya Əskərova, Lətifə Bəşirova və 50-dən çox qaçqın və məcburi köçkün ailəsi tərəfindən

Telefon:0557422542 //Bakunews.az// Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov
Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov
Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov
Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov
Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov
Məhkəmə qərarını qanunsuz ləğv edərək, Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayan məmur Xalıqverdi Hüseynov

Şərhlər

XƏBƏR LENTİ