SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatlar arasında qalmaqal - "Zorla uşaq yaradacaqsan?"

Deputatlar arasında qalmaqal - "Zorla uşaq yaradacaqsan?"

Tarix:

1-03-2017, 17:19

/ 1 758 dəfə oxundu.
Deputatlar arasında qalmaqal - "Zorla uşaq yaradacaqsan?"

“Bir həkim olaraq “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə çıxış edən deputatları dəstəkləyirəm.”

Bunu açıqlamasında professor Rəşid Mahmudov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini şərh edərkən deyib. Onun sözlərinə görə, hər bir canlı özünə oxşarını yaradandan sonra ölümə məhkum olmalıdır:

“İnsan özünəməxsusu məhz özü yaratmalıdır. Allahın buyurduğu kimi qadınla kişi evlənib ailə qurmalı nəsil artırmalıdır. Amma reproduktiv qanun o deməkdir ki, ailə olmayacaq, qadınlar harada istəsə lotuluq edəcək, kiminləsə qanunsuz yaşayacaq. Kimlə istəsə ağlına gələni edəcək. Belə şeylər yaraşmır. Məhz buna görə kişi deputatları bu qanunun qəbul olunmasına qarşıdır. Belə şey ola bilməz. Birincisi, biz müsəlmanıq. İkincisi isə dünyada belə şey yoxdur. Qadın mini ilə gəzib lotuluq edəcək və kimdən sə uşaq doğaçaq.”

Rəşid Mahmudov hesab edir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızının məqsədi Avropadan pis adət və ənənələrini Azərbaycana gətirməkdir: “O, qadın bunu deyirsə ona qulluq edir. Nə qanundur? Zornan uşaq yaradacaqsan? Allah vermir. Sən kimsən uşaq vəsf edirsən? Allahsan sən? Yoxdur, birinin uşağını götürsün. Bu qanun qəbul ediləndən sonra qadınlar kimlə istəsə yaşayacaq, kimdən istəsə uşaq dünyaya gətirəcək. Mən belə qanunun qəbul olunmasını istəmirəm.”

Millət vəkili Məlahət İbrahimqızı “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə olan bəzi deputatları və ginekoloqları tənqid edib. O, qeyd edib ki, bu günə qədər qanun layihəsi ilə bağlı müxtəlif tədbirlər keçirilsə də, bəzi deputatlar reproduktiv sağlamlığın fəlsəfəsini, mahiyyətini ya bilmirlər və buna görə də qanunun ikinci oxunuşunda qəbuluna problemlər yaradırlar.

Şərhlər

XƏBƏR LENTİ