SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DTX-nın xüsusi qrupu Gəncədə ictimai asayişi pozan şəxsi belə zərərsizləşdirdi (VİDEO)

DTX-nın xüsusi qrupu Gəncədə ictimai asayişi pozan şəxsi belə zərərsizləşdirdi (VİDEO)

Tarix:

28-07-2018, 17:11

/ 2 462 dəfə oxundu.
DTX-nın xüsusi qrupu Gəncədə ictimai asayişi pozan şəxsi belə zərərsizləşdirdi (VİDEO)

Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.

Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.

Onun tərksilah olunması və saxlanılması üzrə keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.

Hadisə yerində F.Səmədovun üzərindən "Makarov" tipli tapança aşkar edilib.

Şərhlər

XƏBƏR LENTİ