SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Navahı" postunda sürücülərə montaj olunmuş MMX protokollar verilir - İDDİA

"Navahı" postunda sürücülərə montaj olunmuş MMX protokollar verilir - İDDİA

Tarix:

27-07-2018, 16:58

/ 2 197 dəfə oxundu.
"Navahı" postunda sürücülərə montaj olunmuş MMX protokollar verilir - İDDİA

Habil adlı sürücü YPX postunda baş verən qanunsuzluq barədə redaksiyamıza məlumat verib.

Sürücünün sözlərinə görə,iyulun 24-də səhər saat 07:40 radələrində idarə etdiyi 99-CH-208 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə Bakıdan Qazax istiqamətinə hərəkətdə olarkən "Navahı” postunda bir inspektor tərəfindən saxlanılıb. İnspektor sürücüyə saxlamanın səbəbi kimi bildirib ki, Bakı-Ələt yolunda 50 manat 2 ballıq və Bakı şəhərində piyada keçidinin üzərində dayanma durma qaydasını pozduğuna görə 40 manatlıq protokollar tərtib olunub. Sürücü müəyyən qədər ödəniş ödədiyi halda isə protokolları sistemdən siləcəyini vəd edib.

Sürücü bu məsələdən şübhələndiyi üçün digər DYP bölməsində avtomobili ilə törətdiyi xətalara nəzər saldıqda məlum olub ki, indiyə kimi 50 manat 2 ballıq və 40 manatlıq protokolları olmayıb.

İddialara görə "Navahı” postundakı bəzi inspektorlar kompyüterdə professional foto proqramlarla avtomobillərin şəkillərini MMX protokol formasında hazırlayaraq sürücülərə təqdim edirlər və bu "protokolları" silmək üçün isə sürücüdən müəyyən qədər pul alırlar.

Avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ