SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əjdər Cəbiyevin “karxanalar kralı” iş başında - Səlim Müslümovun müfəttişi qovulsa da...

Əjdər Cəbiyevin “karxanalar kralı” iş başında - Səlim Müslümovun müfəttişi qovulsa da...

Tarix:

26-07-2018, 18:55

/ 2 283 dəfə oxundu.
Əjdər Cəbiyevin “karxanalar kralı” iş başında - Səlim Müslümovun müfəttişi qovulsa da...

Azərbaycanda daş karxanalarında vəziyyət olduqca kritikdir. Burada insanlar sözün bütün mənalarında zülmlə işləyirlər. Əmək təhlükəsizliyi qaydalarına heç bir riyayət edilmir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən azad edildikdən sonra bu sahədə müəyyən dəyişikliklər başlasa da, yeni nazir Sahil Babayev hələ ki, Səlim Müslümovun adamlarına qarşı tam mübarizə apara bilmirlər.

Səlim Müslümov nazir olduğu dönəmdə nazirliyin sabiq aparat rəhbəri Əjdər Cəbiyev özünə yaxın olan bir şəxsi məhz daş karxanalarına nəzarət üçün müfəttiş təyin edib. Nazirliyin mərkəzi aparatında baş müfəttiş təyin edilən Xalid adlı şəxs edilib. Əjdər Cəbiyevin adamı uzun illər daş karxanaları ilə bağlı əmək qaydalarına nəzarəti həyata keçirib. Lakin redaksiyamıza daxil olan informasiyaya əsasən sabiq nazir Əjdər Cəbiyevə inanmadığından əslən Ağsudan olan, iddialara görə qohumu olduğu bildirilən Qoşqar Məmmədovu daş karxanalarına nəzarət etmək məqsədilə vəzifəyə təyin edib. Bundan sonra isə hər iki müfəttiş daş karxanalarının sahibləri ilə birbaşa nazirlikdə görüşərək anlaşmağa başlayıb.

Ortada kifayət qədər rüşvət olduğuna görə, Əmək müfəttişləri tərəfindən "Əmək Qanunvericiliyi"nin tələblərinə göz yumulub. Karxanalardakı işçilərə istidə, küləkdə işləmək üçün xüsusi iş forması, yəni Xüsusi Əmək Vəsaitlərindən istifadə edilməsi Əməyin mühafizəsi üzrə mütəxəssislərə tapşırıla bilərdi. Lakin Müslümov-Cəbiyev cütlüyünün müfəttişlərinin “mülayimliyi” nəticəsində bu tələblər, qaydalar qorunmayıb.

Daxil olan informasiyaya əsasən Sahil Babayev nazir təyin edildikdən sonra Səlim Müslümovun adamı Qoşqar Məmmədovu işdən azad edib. Lakin Əjdər Cəbiyevin sağ əli olan Xalid isə hələ də nazirlikdə baş müfəttiş postundadır.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ