SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ARXASINDA NAZİR, SOLUNDA «QARDAŞI», SAĞINDA ŞEYTAN DURAN MƏKTƏB DİREKTORU

ARXASINDA NAZİR, SOLUNDA «QARDAŞI», SAĞINDA ŞEYTAN DURAN MƏKTƏB DİREKTORU

Tarix:

26-07-2018, 17:50

/ 3 351 dəfə oxundu.
ARXASINDA NAZİR, SOLUNDA «QARDAŞI», SAĞINDA ŞEYTAN DURAN MƏKTƏB DİREKTORU

Adı heç yerdə getməyən Xasıyeva Rəhilə adlı bu gənci «son zəng» günündə məzunlardan heç kəs tanımayıb.

Dərs ili sona yetib. Məktəblilərin yay tətili, müəllimlərin məzuniyyət dövrü başlasa da, paytaxtın 165 saylı orta məktəbindən yenə ilginc xəbərlər var. Xəbərçilik etməyən müəllimə dərs saatı verməyən, rəhbərlik etdiyi təhsil müəssisəsini intriqa və dedi-qodu yuvasına çevirən, ədalətsevər ziyalıları təhsil müəssisəsindən perik salan direktor Vüqar Məmmədovun qanunsuz işdəycələri barədə redaksiyamıza məlumatlar daxil olmaqdadır. Etibarlı mənbə bildirir ki, bu il məktəbi bitirən məzunlardan attestat üçün 20 manat «şirinlik» alınıb. Attestata yiyəılənənlər arasında adı heç yerdə getməyən Xasıyeva Rəhilə adlı gənc də yer alıb ki, onu «son zəng» günündə məzunlardan heç kəs tanımayıb. Hazırda isə yeni tədris ilindən birinci sinifə qəbul ediləcək uşaqların valideynlərindən rüşvət yığılır. Bu, hələlik son məlumatlara münasibətdə Vüqar müəllimin mövqeyini öyrənə bilməmişik. Əvvəlki təmaslarımızda «mənim arxamda cənab nazirin özü durur, Ceyhun Bayramov dostumdur, fəxri adı da mənə məhz dostluğa sadiqliyimizin təsdiqi kimi verib» deyən Vüqar Məmmədov təkcə nazirə deyil, həm də «qardaşına» arxalanır. Çünki məhz Vüqar müəllimin «qardaşı Azər Məmmədov» kimi özünü təqdim edən şəxs telefonla redaksiyamıza zəng açaraq bizə hədə-qorxu gəlmiş, tənqidi yazılarımıza son qoyulmasını tələb etmişdi. Onu da xatırladaq ki, Vüqar Məmmədovun təkidi ilə bir dəfə onun özü ilə görüşmüşük də. Avtomobilimizi yudurtduğumuz»moyka»ya qədər arxamızca gələrək özünə məsum görkəm verib barəsində redaksiyamıza çatan məlumatları and-amanla təkzib etsə də, bizə «ianə» kimi printer dəsti təklif etməyi də unutmamışdı. Lakin biz onun bu korrupsiya qoxusu gələn təklifindən imtina etmişdik. Sonra da nə olsa yaxşıdır?: Direktor məktəbin pedaqoji şurasında deyib ki, «jurnalist məndən 2000 manat rüşvət istəyib». (Belə yerdə deyərlər ki, yalançının imanına tula bağlayım). Söz yox, sonrakı danışıqlarımızda Vüqar Məmmədov gözlədiyimiz kimi pedaqoji şurada elə bir söz demədiyini bildirərək and aman etdi. Kollektiv üzvlərinin xeyrinə-şərinə yarımadığı barədə dolaşan gileylərinsə haqlı olduğunu təsdiqlədi: «Onlar elə xeyirlərinə-şərlərinə gediləsi adamlar deyillər(!?)» İrəliləyən günlərdə saytımızın oxucularına daha ilıginc suallar cavabını tapıb təqdim edəcəyik. Məsələn, necə olur ki, Buzovna məktəblərindən birində oxuyan Qənbərova soyadlı şagird, tarix fənnindən bir gün dərs keçməyən Vüqar Məmmədovun yanına «dil-ədəbiyyat» fənnini öyrənmək üçün gəlib-gedir?

Bəzi suallara aydınlıq gətirmək üçün dəfələrlə Vüqar Məmmədova zəng edib, onun da mövqeyini öyrənmək üçün telefon açsaq da o, səsimizi eşidən kimi,»mən sizinlə danışmaq istəmirəm» deyərək telefonu qapatdı.

Vüqar Məmmədovun bu və digər macəraları barədə gələn sayımızda.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ