SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AZAL Prezidentinin xanımı bankın tək sahibi olur

AZAL Prezidentinin xanımı bankın tək sahibi olur

Tarix:

25-07-2018, 15:31

/ 2 535 dəfə oxundu.
AZAL Prezidentinin xanımı bankın tək sahibi olur

Zərifə Həmzəyeva Bank Silk Way-də payını artırıb.

Bu barədə “Turan” məlumat yayıb.

Məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın “Bank Silk Way”dəki payı 69,7%-dən 84,5%-ə yüksəlib.

Bankın yarım illik hesabatına əsasən “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin payı 30%-dən 15,2%-dək azalıb. Elvira İsmayıl qızı Əhmədova səhmdarlar sırasına daxil olub (0,3%).

“AzPolitika.info” qeyd edir ki, «Bank Silk Way» ASC 2016-cı il üzrə maliyyə hesabatını açıqlayrkən Zərifə Həmzəyeva bankın əsas səhmdarına çevrildiyi məlum olmuşdu. Hesabatdan görünürdü ki, son iki ildə səhmdarlar daim olaraq dəyişib. «Silk Vey Aviaşirkəti» MMC 2015-ci ildə səhmlərini üç fiziki şəxsə satdıqdan sonra bankın səhmləri onların arasında müəyyən nisbətdə bölünübmüş.
1caMənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 2016-cı il
Ancaq 2016-cı ildə isə səhmdarlar, ən azı, iki dəfə dəyişib. Hesabatdan göründüyü kimi, səhmdarların sayı yenə də üçdür, amma bu dəfə onların arasında bir şirkət də var.
2caMənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 5 may 2017-ci il
Qeyd edək ki, hazırda Bankın nəzarət paketinin böyük hissəsinə sahib olan Xanım Həmzəyeva «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaş olmaqla yanaşı,«Gazelli Group» MMC-nin prezidentidir. .AZAL Prezidentinin xanımı bankın tək sahibi olur
AZAL Prezidentinin xanımı bankın tək sahibi olur
AZAL Prezidentinin xanımı bankın tək sahibi olur

Şərhlər

XƏBƏR LENTİ