SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik – Fotolar

Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik – Fotolar

Tarix:

25-07-2018, 15:00

/ 1 333 dəfə oxundu.
Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik – Fotolar

Azərbaycanda mərhum prezident Heydər Əliyevin portretlərinə respublikanın hər yerində, küçə və prospektlərində rast gəlmək olar

Bu portretlər ehtiram olaraq səliqəli saxlanır, ləkələnməsinə, cırılmasına imkan verilmir. Amma Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində fərqli mənzərə var.

AzEuroNews.com–un verdiyi xəbərə görə, MKTB əməkdaşları tərəfindən H.Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə olan portret lövhəsi yerə atılıb, plakat hörmətsiz şəkildə qalıb, üzərində dəmirlər qoyulub.

MKTB Xətai Rayon İcra Hakimiyyətinə tabedir. MKTB rəisi Əvəz İsmayılovdur.

Ə.İsmayılov Xətai RİH başçısı Razim Məmmədova yaxın adamdır. Daha doğrusu,Ə.İsmayılov icra başçısı R.Məmmədovun bibisi oğludur.

Bu məmurlar tədbirlərdə çıxışlarında H.Əliyevin xidmətlərindən, Azərbaycanın ümummilli lideri olmasından, dövlət müstəqilliyini qoruyub saxlamasından danışırlar.

Amma nə Xətai icra başçısı, nə MKTB rəisi bu mənzərə ilə bağlı heç bir tədbir görmürlər. Fotolardan da görünür ki, “JEK”in həyətində keçmiş prezident və xanımının portretləri olan lövhə yerə sayğısız şəkildə atılıb, dəmir parçaları üstünə qoyulub.

Bir neçə il əvvəl Azərbaycanda tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanunun qəbul edilməsi təklif edilirdi və onların təhqir olunmasının qarşısını almaq təşəbbüsü qaldırılmışdı.

Bu günlərdə Türkiyədə isə Atatürkü təhqir edən biri həbs edilib. Azərbaycanda bu sahədə ciddi boşluqlar olduğu görünür və Xətai MKTB bariz nümunəsidir. Məsələ barədə RİH və MKTB tərəfindən zənglərimiz cavabsız qaldı. Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik – Fotolar
Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik – Fotolar
Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik – Fotolar

Şərhlər

XƏBƏR LENTİ