SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Onlara bu yay tətili düşərli olmayacaq... - Kimlər yenidən təyinata ümid edə bilər?

Onlara bu yay tətili düşərli olmayacaq... - Kimlər yenidən təyinata ümid edə bilər?

Tarix:

23-07-2018, 11:29

/ 1 304 dəfə oxundu.
Onlara bu yay tətili düşərli olmayacaq... - Kimlər yenidən təyinata ümid edə bilər?

11 aprel seçkilərindən sonra total kadr islahatlarının həyata keçiriləcəyi və bu əsnada onlarla icra başçısının, habelə bəzi nazir və komitə rəhbərlərinin də işdən alınacağı əvvəlindən anons edilirdi və bu baş verdi də. Doğrudur, proses sonradan səngimiş kimi göründü ki, bunu da redaksiyamıza danışan mənbə ölkədə son olaraq baş verən məlum olaylarla əlaqələndirir. Amma dəyişikliklər mütləqdir və icra başçıları kontingentinə ciddi əl gəzdiriləcək.

Bununla bağlı danışan bilgili qaynaq iddia edir ki, artıq indidən hansı rayonların rəhbərlərinin dəyişdiriləcəyi məlumdur: "Artıq siyahı da hazırdır. Onlar bu yay tətili dövründə vəzifələri ilə vidalaşmalı olacaqlar".

Mənbə bildirir ki, hazırda Biləsuvar, Ağsu, Şəmkir, Qazax, Lənkəran və daha 4 RİH başçısının durumu daha gərgin hesab olunur:

"Onlarla bağlı dəyişiklik qərarı verilib və onların hansısa fəaliyyəti də bu məsələdə demək olar ki, təsirsiz olacaq. Amma Lerik, Şamaxı və Ağdaş kimi rayonların rəhbərləri yenidən təyinata ümid edə bilərlər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ