SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Atilla" Fitness və Hamamda müştərilər aldadılır - FAKT

Atilla" Fitness və Hamamda müştərilər aldadılır - FAKT

Tarix:

20-07-2018, 18:50

/ 2 425 dəfə oxundu.
Atilla" Fitness və Hamamda müştərilər aldadılır - FAKT

Dədə-babadan hamama saflıq, təmizlik deyərlər, amma gərək hamam da hamam olsun. Elə işlədənlər də. Hamamı işlədənlər su kimi saf, təmiz olsun ki, hər iki vəhdət birləşərək üst-üstə düşə bilsin. Əks təqdirdə adamı hamama getməyinə də elə peşman edirlər ki, eləcə çirkin, pasın içində rahatlığa üstünlük verirsən.

Əlimizin azca yuxarı vaxtında biz də istirahət edənlər kimi miladi tarixinin 19.07.2018-ci il tarixində yuxarıda adı çəkilən hamamda istirahət etmək qərarına gəldik. Belə ki, ilk baxışdan hamam gözəl görünüşü və abu-havası ilə diqqətimizi cəlb etdi. Bu gözəl məkanda heç olmasa ömrümüzün gözəl bir gününü keçirəcəyini ümidləndik. Ancaq dediyimiz kimi, bizə ancaq ümid qaldı. Belə ki, hamamın çakkuzi vannasında həyatın bir anını yaşamaq hər adama nəsib olmur, bizə isə heç nəsib olmadı. Hamamçı çakkuzi vannasını elə qızdırmışdı ki, elə bil vannada müştərilər çimməyə yox, bişməyə gəlmişdilər. Üç zəncinin çakkuzi vannasından çıxaraq qaça-qaça, deyinə-deyinə getməsi isə diqqətimizi cəlb etdi. İsti Afrika ölkələrində yaşayan bu zəncilər hamamçının qəzəbinə tuş gəlmişdilər. Dostlarımdan biri ingilis dilini başa düşdüyü üçün zəncinin haqlı olaraq narazılıqlarını anladığını bizə izah etdi. Hamamçıdan nə üçün belə olduğunu, müştərilərin istirahət üçün pul ödədiklərini bildirdik. O isə qısa vaxtda problemin aradan qaldıracağını bildirsə də saatlarla vaxt keçsə də problem öz həllini tapmadı. Hamamın girişindəki "rəhbərliyə" öz iradımızı bildirdikdə bizə "bu barədə məlumat verilmədiyini" söylədi. Bizə isə hamamın şikayət və təkliflər dəftərinə şikayət etməyimiz və böş-boşuna pul ödəməyimiz qaldı. //Fraksiya.az//

Şərhlər

XƏBƏR LENTİ