SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov və qardaşı sıradan çıxarılır? - İDDİA

Cavid Qurbanov və qardaşı sıradan çıxarılır? - İDDİA

Tarix:

1-03-2017, 13:06

/ 3 030 dəfə oxundu.
Cavid Qurbanov və qardaşı sıradan çıxarılır? - İDDİA

Geniş səlahiyyətlərlə Nəqliyyat naziri olmaq istəyən Cavid Qurbaov indi hər şeyini itirə bilər

Ziya Məmmədovun vəzifədən alınacağı çoxdan gözlənilsə də, onun başçılıq etdiyi nazirliyin ləğv olunaraq səlahiyyətlərinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilməsi və Ramin Quluzadənin bu quruma yenidən rəhbər təyin edilməsi çoxları üçün gözlənilməz oldu.

Bu hadisədən isə ən böyük şok yaşayan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olub.

Bu barədə məlumatlandıran mənbənin bildirdiyinə görə Cavid Qurbanov son ana qədər Nəqliyyat naziri təyin olunacağını gözləyib. Cavid Qurbanovun istəyinin daha böyük olduğunu qeyd edən mənbə bildirir ki, rəhbərlik etdiyi dəmir yollarının, metropolitenin, həmçinin AZAL-ın və Xəzər Gəmiçilik İdarəsinin də idarəçiliyini onun səlahiyyətləri altına veriləcəyini, o cümlədən Ziya Məmmədovdan son iki müddətində alınan səlahiyətlərin bərpasını səbirsizliklə gözləyərkən birdən-birə böyük xəyal qırıqlığına uğrayıb. Cavid Qurbanovun xəyal qırıqlığı o qədər böyük olub ki, hətta qəzəbini belə gizlədə bilməyib və bəzilərinin yanında öz narazılığını açıq bir qəzəblə ifadə edib.

Mənbənin iddiasına görə, həqiqətən də Cavid Qurbanova belə bir söz verilib. Onun yaxın çevrəsi də bu sərəncamı səbirsizliklə gözləyib və hətta qeyd etmək üçün hazırlıqlara da başlayıblar. Qurbanovun yaxın çevrəsinin sevinc və nəşəsi o qədər böyük olub ki, bu hazırlıqlar yuxarı dairələrə qədər gedib çatıb və bu hal ölkə rəhbərliyi tərəfindən xoş qarşılanmayıb.

Cavid Qurbanovun böyük arzusuna çata bilməməsinin digər səbəbi isə onun müxalif partiyalara və mətbuata maliyyə vəsaitləri ötürməsi ilə bağlı deyilənlərin təsdiqini tapması olub. Məlumata əsasən 2016-cı ilin noyabrında AXCP sədri Əli Kərimli ilə əldə olunan anlaşmaya görə, “Azadlıq” qəzeti bir müddət Cavid Qurbanovla bağlı kəskin, kompromat xarakterli məlumatlar dərc etməməyi öhdəsinə götürüb. Danışıqları Cavid Qurbanovun adından Əli Kərimli ilə Qurbanovun AXCP rəhbər orqanlarında təmsil olunan yaxını aparıb. Bu məsələnin üstü açıldıqdan və ortaya sübutlar qoyulduqdan sonra isə, Cavid Qurbanovun nazir olmaq şansı ortadan qalxıb.

Hazırda isə Cavid Qurbanovun vəziyyəti heç də ürək açan olmadığı bildirilir. Artıq Azərbaycan dəmir yollarının şefinin ətrafının “budanması” prossesinə start verildiyi bildirilir. Onun Abşeron rayon polis idarəsinin rəisi vəzifəsində çalışan qardaşı, polkovnik Şəhriyar Şəmşirlinin də yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir.

Məlumata görə, son vaxtlar Cavid Qurbanovun daxili işlər naziri ilə də münasibətləri korlanıb. Bu münasibətlərin eorlanmasında isə elə Şəhriyar Şəmşirlinin böyük rol oynadığı qeyd olunur. Belə ki, Abşeron rayonuna rəis təyin edildikdən sonra Abşeron Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovnik-leytenantı Famil Kərimov kimi peşəkar bir kadrı işdən uzaqlaşdıraraq külli ixtiyar sahibinə çevrilmək istəməsi heç də xoş qarşılanmayıb və onun bu istəyinin qarşısı alınıb.

Mənbə iddia edir ki, Şəmşirli rəhbərlik etdiyi polis idarəsinin baş idarəyə çevrilməsinə və general rütbəsi almasına çalışırmış. Lakin əvvəllər Nardarandakı 24-ci polis bölməsinin rəisi vəzifəsində çalışmış, yüksək peşəkarlığı ilə seçilən və xüsusi xidmətləri hətta ölkə rəhbərliyi tərəfindən təqdir edilən polis polkovniki Azər Cahangirovin ona müavin gətirilməsi Şəmşirlinin idarədə geniş əl-qol açmasını əngəlləyib.

Mənbənin iddia etdiyinə görə, Cavid Qurbanovun nazirlik həvəsi suya düşdükdən sonra, qardaşının general olmaq həvəsi də suya düşmüş olub və artıq Abşeronda onun da vəzifədən alınacağı barədə xəbərlər dolaşır.

Mənbə bildirir ki, hazırda Cavid Qurbanov heç olmasa status-kvonu saxlamaq üçün əlaqələrindən istifadə etmək istəsə də, onu yaxına buraxmırlar.

Şərhlər

XƏBƏR LENTİ