SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Onu Çovdarov incitmişdi... - İndi özü dələduzluqda ittiham olunur...

Onu Çovdarov incitmişdi... - İndi özü dələduzluqda ittiham olunur...

Tarix:

20-07-2018, 13:47

/ 1 396 dəfə oxundu.
Onu Çovdarov incitmişdi... - İndi özü dələduzluqda ittiham olunur...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, biznesmen olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.

Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyi vədini verib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb.

Elan olunmuş ittihamla Z.Əzimov özünü qətiyyən təqsirli bilmədiyini söyləyib.

Məhkəmədə elan olunub ki, zərərçəkmişlər iştirak etmir.

Buna görə də proses iyulun 27-də davam etdiriləcək.

Xatırladaq ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov ötən il saxlanılıb.

O, “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş kimi də tanınıb.

Z.Əzimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

XƏBƏR LENTİ