SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İqtidarın QHT adamı Saleh Məmmədovun agentliyini yıxıb-sürüdü: “Bu şərəfsizlər...”

İqtidarın QHT adamı Saleh Məmmədovun agentliyini yıxıb-sürüdü: “Bu şərəfsizlər...”

Tarix:

20-07-2018, 11:55

/ 1 546 dəfə oxundu.
İqtidarın QHT adamı Saleh Məmmədovun agentliyini yıxıb-sürüdü: “Bu şərəfsizlər...”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Maliyyə Nazirliyi ilə “Azərbaycan Avtomobil Yolları” Agentliyini ittiham edib.

İqtidaryönlü hüquq müdafiəçisi dilə gələrək hər iki qurumu yıxıb-sürüyüb. Bu barədə feysbukda yazan S.Məmmədov mənimsəmədən bəhs edib.

Onun sözlərinə görə, hazırkı agentlik, (keçmiş “Azəravtoyol”) bir üsul tapıb büdcə pullarını birbaşa mənimsəsə daha yaxşıdır.

Sitat: “Niyə insanlara bu qədər əzab verirlər. Ötən il çəkilən asfalt yolu yenidən qaşıyırlar ki, üst qatı dəyişirik. Nəticə isə şəhərdə tam xaosdur.

İnsanlarda nifrət hissini yaratmaqda maraqlı olan şərəfsizlər kimlərdi? Kimin sifarişidir bu təxribat?”

Söhbət ondan gedir ki, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatı yenilənir. Buna görə iyunun 27-də Bakıda dəhşətli tıxac yaşanıb.

Şəhər tıxacların cəngində qalıb. Sumqayıt-Bakı istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.

Sahib Məmmədov da Maliyyə Nazirliyi ilə agentliyin birgə xalqa etdiyi zülmə etiraz olaraq həmin statusu yazıb. Həqiqətən də Bakıda dözülməz vəziyyətdir.

Agentlik sədri Saleh Məmmədovla maliyyə naziri Samir Şərifov pul silməyin daha rahat yolları kəşf etsələr, insanlara da əziyyət çəkməzlər.

Görün hansı vəziyyətdir ki, hakimiyyətyönlü QHT adamı da dilə gəlib. Amma agentliyin mətbuat xidməti qatıq qaradır deməyə meyillidir. Hər işi inkişaf kimi təqdim edirlər.

Ümid edirik ki, özləri də tıxaclarda saatlarla qalaraq xalqın qarğış-naləsinin, söyüşünün fərqinə varıblar.

Çünki həmin yolun nə asfaltını yeniləməyə xüsusi ehtiyac vardı, nə də günün bu istisində, bu vaxtında təmirə başlayıb millətə əsəb, işgəncə verməyə...

S.Məmmədovun regionlardakı yol istismar idarələri rəisləri də asfaltdan pul silməklə varlanıblar, biznesmenə çevriliblər.
Media üzərindən araşdırması zamanı bir sıra nüanslar meydana çıxıb ki, hər birində S.Məmmədovun adı hallanır.

Həmin faktları qeyd etməzdən əvvəl deməliyik ki, ASC sədri Dəmir Yolları QSC sədri Cavid Qurbanovun kadrıdır. Saleh Məmmədovun əsas pul kisəsi 1-ci müavini Əvəz Qocayevdir.

İddialara görə, Ə.Qocayevin Bakının 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində 20-yə yaxın obyekti olduğu bildirilir. Birinci müavin sədrin “kassir”i kimi tanınır və idarədə möhkəm mövqeyi var.

Agentliyin sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb.

Onun sabiq nəqliyyat nazirinin yaxın adamı kimi xarakterizə edirlər. Əvəz Qocayev Ziya Məmmədovun sayəsində bu posta gətirilib.

İndi S.Məmmədovun “sağ əli” kimi tanınır.(gündəm-xəbər)Əvəz Qocayev bir müddət əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı.

Ümumiyyətlə, Bakını xaosa çevirən “Azərsu” ASC, keçmiş “Azəravtoyol” ASC, indiki agentlik, BŞİH olur. Haranı gəldi qazırlar, tökürlər, sürücülərə zülm edirlər, şəhərin altını üstünə çevirirlər.

Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ