SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abşeron təhsil şefinin müdhiş əməliyyatından nazirə dosye -150 minlik iş...

Abşeron təhsil şefinin müdhiş əməliyyatından nazirə dosye -150 minlik iş...

Tarix:

20-07-2018, 11:53

/ 1 437 dəfə oxundu.
Abşeron təhsil şefinin müdhiş əməliyyatından nazirə dosye -150 minlik iş...

Abşeron Rayon Təhsil Şöbəsinin müdiriNazilə Məmmədova bu vəzifəyə ötən il təyin olunub. Amma maşallah, bir il ərzində əsrə bərabər “işlər” görüb.

Palitika.Az xəbər verir ki, təhsil şöbəsi müdiri qarşıdan gələn tədris ili ilə əlaqədar əllərini sürtüşdürüb sevinir.

Çünki indidən məktəblərə, xüsusən rus sektoruna şagird qəbulu pulludur. Məktəb direktorları bəhanə edirlər ki, yer yoxdur, amma “şirinlik” görəndə yer də tapılır, parta da....

Direktorlar pıçhapıçla deyirlər ki, bizdə günah yoxdur, təhsil şöbəsinin “katyol”una hesab çatmalıdır. Yəni, göz dəyməsin N.Məmmədovanın idarəçiliyinin bir ilində artıq təhsil bazara çevrilib.

Bu məsələlərdən Təhsil Nazirliyinin xəbəri olsa da, xəbərimiz yoxdur, araşdırarıq deyəcəklər. Amma N.Məmmədova nazirliyi “görməmiş” Abşeronda belə işlər edə bilməz.

Ötən ilin qışında, dekabrda da ondan şikayət var idi. Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbin müəllimi Aqşin Həsənovun həmkarına borcu olduğuna görə Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova tərəfindən işdən azad olunması haqqında mətbuatda geniş material dərc olunmuşdu.

A.Həsənovun işə bərpası istiqamətində Abşeron Rayon Təhsil şöbəsi tərəfindən heç bir addım atılmayıb, şikayətçinin dediyinə görə, Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova yenə də çirkin əməllərini davam etdirib.

Sitat: Abşeron Təhsil Şöbəsində olan haqsızlıqlar göz qabağındadır. Bir il çəkmədən Təhsil Şöbəsinin keçmiş müdiri işdən azad olundu. 6-7 ay müdir müavini bu vəzifəni idarə etdi. Sonra da Nazilə Məmmədova bu vəzifəyə təyin olundu.

Üç il müddətində üç müdir dəyişən Abşeron Təhsil Şöbəsi niyə öz işini normal qura bilmir və bu proses nə vaxta qədər davam edəcək?
Aidiyyəti qurumlar niyə bu şəxs haqqında qanuni ölçü götürmür? Nazilə xanımın Azərbaycan müəlliminə qarşı etdiyi haqsızlığa niyə hələ də göz yumulur?”

Mətbuata istinadən xəbər veririk ki, Abşeron rayonundan "Vetenperverler.az” xəbər portalına daxil olan məlumata görə, rayonun bütün ümumtəhsil məktəblərində şagirdlərə məcburi gündəliklər satılır.

Maraqlı məqam budur ki, həmin gündəliklər məktəbli mağazalarında 1 manat olduğu halda, Abşeron məktəblərində məcburi qaydada 1.70 manata satılır.

Məktəblərdə satılan gündəliklərin arxasında Abşeron rayonu barəsində bir foto şəkil yerləşdirilib və şagirdlərə deyilir ki, növbəti tədris ilində hamı bu gündəlikdən istifadə etməlidir.

Mağazalardan alınan gündəliklərin istifadəsinə icazə verilməyəcək. Şagirdlər də həmin gündəlikləri bazar qiymətindən baha – 1.70 manata almaq məcburiyyətində qalırlar.

Bundan başqa Abşeron məktəblərində şagirdlər arasında summativ (qiymətləndirmə) keçirilir. Bunun üçün isə hal-hazırda şagirdlərin hər birindən 3 manat məbləğində pulyığma konpaniyası aparılır.

Nəzərə alsaq ki, Abşeron rayonunda 39 məktəb var və həmin məktəblərdə 50 min şagird təhsil alır, onda yığılan məbləğin 150 min manat edir. Maraqlıdir, görən bu məbləğ kimlərin cibinə gedir.

Bu məsələ barəsində Təhsil Nazirliyinə müraciət etdikdə, oradan Abşeron məktəblərində keçiriləcək qiymətləndirmədən bixəbər olduqlarını bildirdilər.

Belə görünür ki, Abşeronun xanım icra başçısı İradə Gülməmmədova ilə xanım təhsil şöbəsi müdiri Nazilə Məmmədova tandemi yaxşı alınır və rayon Məmmədovların nəzarətindədir.

Təhsilin vəziyyəti haqda mətbuatda gedən statistikaya görə, Abşeronda döyülmə, zorlama faktları var. 2014-cü ilin mart ayının 15-i tarixində məktəbin 11-ci sinfində oxuyan 3 oğlan uşağı 9-cu sinifdə oxuyan 15 yaşlı qızı zorlayıblar.

Döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınmışdı.

Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir.
Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkmişdi.

Təhsil şöbəsinin mövqeyini dərc etməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ