SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Muxtar Babayevin atdığı ADDIMLAR islahatdır, yoxsa ŞƏXSİ MARAQLARIN ifadəsi?

Muxtar Babayevin atdığı ADDIMLAR islahatdır, yoxsa ŞƏXSİ MARAQLARIN ifadəsi?

Tarix:

18-07-2018, 16:23

/ 2 483 dəfə oxundu.
Muxtar Babayevin atdığı ADDIMLAR islahatdır, yoxsa ŞƏXSİ MARAQLARIN ifadəsi?

Yeni Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev struktur dəyişikliklərinin aparılmasına başlayıb


İlk növbədə bu addım Meşələrin mühafizəsi və Bərpası İdarələrində atılıb. Ərazi Ekologiya və Təbii Sərvətlər İdarələrində də bu proses davam etdirilib. Bu günlərdə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli rayonlarının bir idarədə birləşdirilməsi barədə qərar qəbul olunub.

Kifayət qədər böyük bir regionu əhatə edən idarələrin yaradılması hansı əhəmiyyət kəsb edir? Yaxud da struktur dəyişikliklərinin aparılmasında məqsəd nə ola bilər? Cavab var: Birləşmə haqqında sərəncamların özündə bu tədbirlərin operativliyin aparılması məqsədinə xidmət edilməsi kimi qeyd edilir.

Əslində görünən odur ki, rayonların bir idarədə birləşdirilməsində məsafə baxımından yaxınlıq, komunikasiya üstünlükləri nəzərə alınmayıb. Füzuli rayonunun komunikasiya imkanları Ağcabədi ilə o qədər də ürəkaçan deyil, nəinki bu münasibətlər Şirvan, İmişli rayonları ilə daha genişdir. Kürdəmir rayonu Şirvan ərazisinə meyilli olduğu halda, Mingəçevir şəhərinə birləşdirilməsi məqsədəuyğunluğu ifadə eləmir.
İndiyə qədər Ağdaş, Yevlax, Bərdə, Tərtər rayonları bir idarənin tərkibində olub. Yeni strukturlaşmaya görə Ağdaş, Yevlax rayonlarını Mingəçevirə birləşdirmək istəyirlər. Anlaşılan məqsəd isə şəxsi münasibətlər müstəvisində "yaxın adamlara” iş qurmağa bənzəyir.

Məsələyə bu konteksdən yanaşsaq görürük ki, ləğv olunan idarənin işçi kontengentinin əsas etibarilə Bərdədən olmağının, bir rayondan digər rayona onların gediş – gəlişinin nəzərə alınmamasıdır. Maaşı az olan, sosial müdafiəsi zəif olan işçilərin işini itirməkləri belə arzuolunmazdı.

12 saylı Ərazi Ekologiya İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşı yaranmış durumu belə izah edib: ”Əvvəllər biz Mingəçevirdə yerləşən 8 saylı Ərazi Ekologiya idarəsinin tərkibində olmuşuq.Ordan ayrılmışıq.Vaxtilə Kürdəmir Şirvan, Göyçay bir yerdə olub. İdarələrin strukturunu əvvəlki qaydaya qaytarmaq yox, yenidən tamam başqa bir struktur formalaşdırılır. Yeni strukturda Ağdaş, Yevlax Mingəçevirə birləşdiriləcək. Bərdə,Tərtər, Ağdam, Ağcabədi, Füzuli , Xocavənd rayonları isə bir idarənin tərkibində olacaq.”

Həmsöhbətimiz bildirib ki, 12 saylı Ərazi Təbii Sərvətlər və Ekologiya İdarəsinin işçi heyətində olan 15 nəfərin hamısı Bərdə rayonundandır. Onların 3 nəfəri Bərdə rayonu ərazisində olan məcburi köçkündür. 15 nəfərdən 10-u dövlət qulluqçusudur. "Ağcabədidə işçi sayı az olduğu halda idarənin orda yerləşməsi anlaşılan deyil. Belə çıxır ki, bu şəkildə idarənin təşkilində məqsəd işçilərin iş şəraitini çətinləşdirməkdi. Onları bezdirmək, işlərindən kənarlaşdırmağa nail olmaqdı.”

Müsahibimizin fikrincə Ağdaş, Yevlax rayonlarını ayırıb, Mingəçevirə birləşdirməkdənsə Ağdam, Ağcabədi rayonlarını Ağdaş, Yevlax, Bərdə, Tərtər rayonlarına əlavə eləmək daha düzgün addım olardı.
Məsələnin digər tərəfidə 3 şöbənin birləşməsi nəticəsində 9 sektor müdirindən 3 qalacaq, digər 6 nəfər başqa işlə təmin olunacaq. Əgər olunsa. Bu da vətəndaşların işlərinin itirməsi deməkdir.

Struktur dəyişikliyinin vətəndaşlara gətirdiyi yenilik bundan ibarətdirsə, görünən odur ki, köhnə sistemin çalışması indikindən daha ədalətli olub.
Ümid edək ki, nazir Muxtar Babayev ən azından ədaləti bada verməyəcək, atdığı addımı bir az da düşünəcək, daha faydalısını atacaq.

miq.az

Şərhlər

XƏBƏR LENTİ