SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 2015-ci ildə Saleh Məmmədov Abel Məhərrəmovdan necə saxta diplom alıb? - Qalmaqal

2015-ci ildə Saleh Məmmədov Abel Məhərrəmovdan necə saxta diplom alıb? - Qalmaqal

Tarix:

1-03-2017, 10:53

/ 3 658 dəfə oxundu.
2015-ci ildə Saleh Məmmədov Abel Məhərrəmovdan necə saxta diplom alıb? - Qalmaqal

“Azəravtoyol” ASC sədri Saleh Məmmədov 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Lakin 2011-ci ildə TQDK-nın siyahısından BDU-ya qəbul olunan tələbələr arasında ASC rəhbərinin adı yoxdur.

Bu gün “əsrimizin neostalinisti”, yol çəkərkən abidə uçuran “Azəravtoyol” ASC sədri Saleh Məmmədovun ad günüdür. 58 yaşını tamamlayan gündəmin baş qəhrəmanı doğum günü “hədiyyəsi” olaraq prezidentin cəza əmrini alıb.

Cavid Qurbanovun qvardiyasının üzvü ad günü ərəfəsində elə bir xətaya yol verib ki, dövlət başçısı da reaksiyasını bildirib.

Sonuncu dəfə prezident tərəfindən qəzəblə qarşılanan hadisə deputat Astan Şahverdiyevin Rusiyadakı soydaşlarımıza “otxod” deməsi olmuşdu...

Yəqin ki, Stalin repressiyasının günahsız qurbanı olmuş və Nargin adasında güllələnmiş nakam şairimiz Mikayıl Müşviqin heç bir izn almadan abidəsini dağıdan ASC sədrinə Suriyadakı Palmira şəhəri verilsəydi, İŞİD kimi viran qoyardı. Elə rektor Nərgiz Paşayevanın reaksiyası da beləydi: vandalizmdir, barbarlıqdır, dərhal cəza verilsin. Ertəsi gün prezident günahkarların cəzası əmrini verdi. Göstəriş isə C.Qurbanovun kadrından - bu gün ad günü olan Saleh Məmmədovdan gəlib.

ASC-nin mətbuat xidməti Müşviqin abidəsinin dağıdılmasını min cür bəhanə ilə şərh etmək istəsə də, reallıq dəyişmədi. Gah dedilər şairə layiq yerdə deyil, gah arxasında restoran açılıb, gah bərpa olunacaq və s. ilaxır çərşənbə...

Saleh Məmmədovun Müşviqlə gündəmə gəlməsi yeni bir məqamın üstünü açıb və ciddi şəkildə rezonans doğurub. Bu qalmaqalın miqyası isə heç də heykəlin dağıdılmasından az deyil və bir çox mətləblərə işıq salır.

Söhbət Saleh Məmmədovun 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirməsindən gedir. O zaman ASC rəhbərinin 56 yaşı vardı və 4 il ali təhsili nəzərə alsaq universitetə 2011-ci ildə daxil olub.

Lakin 2011-ci ildə TQDK-nın siyahısından BDU-ya qəbul olunan tələbələr arasında ASC rəhbərinin adı yoxdur.
Eyni zamanda dövlət məmuru olduğunu və ictimai fiqur kimi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, əgər S.Məmmədov həmin dövrdə BDU-nun Hüquq fakultəsinə qəbul olsaydı, mətbuatın diqqətini çəkərdi, dərhal bu maraqlı xəbər tirajlanardı.
Deməli, BDU-nun rektoru Abel Məhərrəmovun dövlət məmuruna saxta diplomu hədiyyə etməsi ehtimal ağıla batır. Başqa heç bir versiya qalmır.

Üstəlik, Azərbaycan reallığında hansı məmur imtahan verib universitetə bu yaşında daxil olar? Əgər faktdırsa, onun dərsə davamiyyəti, tələbə yoldaşlarının kimliyi haqda müfəssəl bilgilər olmalıdır. Belə çıxır ki, ASC sədri iş-gücünü atıb hər gün dərsə gedirmiş. Ən maraqlısı da odur ki, 2015-ci ildə bu vəzifəyə təyin olunub və ona qədər “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi işləyib.

BDU-nun rektoru Abel Məhərrəmovun icra başçılarına, məmurlara diplom hədiyyə etməsi ilk belə hadisə deyil. Media vaxtaşırı faktlara söykənərək yazıb və bu günlər də biz də onlardan bəzilərinin adlarını açıqlamışdıq. Ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU indi rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtahana görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlir.

Abel Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov vaxtilə verdiyi bizimyol.info-ya müsahibədə BDU-da rüşvətxorluq hallarının GDU-dan daha çox olduğunu bildirmişdi.

Bunu bir tələbə yox ölkənin ikinci şəhərinin universitetinə rektorluq edən şəxs açıqlayıb. Saleh Məmmədov nümunəsi hər şeyi ortaya qoyur. Hüquqşünas ASC sədri isə, hüquqi çərçivə tanımadan Nargində güllələnən şairin abidəsini dağıtdırır. Nə deyəsən, belə də olur...Di salamat qalın, doğum gününüz mübarək, cənab Məmmədov!

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ