SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Oğuzda təbii şəlaləyə baxmaq artıq pulludur - FOTO

Oğuzda təbii şəlaləyə baxmaq artıq pulludur - FOTO

Tarix:

16-07-2018, 17:59

/ 1 693 dəfə oxundu.
Oğuzda təbii şəlaləyə baxmaq artıq pulludur - FOTO

Azərbaycanın Oğuz rayonunda təbii şəlaləni görmək üçün turistlərdən ödəniş tələb olunur.

Bununla bağlı sosial şəbəkədə şəkil paylaşılıb.

Məlumata görə, məsələ burasındadır ki, Oğuzun Xalxal şəlaləsinə gedən yeganə yol restoranlardan birinin ərazisindən keçir.

Restoran rəhbərliyi bu gözəlliyə olan turist marağını görüb və varlanmaq qərarına gəlib.

Bununla əlaqədar Oxu.Az-ın əməkdaşı Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırova müraciət edib. O, bu sözügedən faktı qanunsuz adlandırıb.

Onun sözlərinə görə, başlıcası burada vətəndən çox öz ciblərini düşünən sahibkarlar günahkardır.

“Bəli, bu, sahibkara müəyyən mənfəət gətirə bilər, ancaq ilk növbədə vətənpərvər olmaq lazımdır. Bu münasibəti görən turist bir də heç vaxt bura gəlmək istəməyəcək. Təbiət gözəlliyi hər insanın nemətidir”, - Bağırov qeyd edib.

O əlavə edib ki, şəlalələrə gedib əraziləri kirayəyə vermək olmaz.
Oğuzda təbii şəlaləyə baxmaq artıq pulludur - FOTO

“Azərbaycanda heç bir haqq ödəmədən gedə biləcəyin şəlalələr çoxdur. Düşünürəm ki, müvafiq qurumlar bu işlə məşğul olacaqlar”, - müsahib bildirib.

Şərhlər

XƏBƏR LENTİ