SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » SHXÇDX- özbaşınalıq nə qədər davam edəcək?

SHXÇDX- özbaşınalıq nə qədər davam edəcək?

Tarix:

16-07-2018, 15:12

/ 2 575 dəfə oxundu.
SHXÇDX- özbaşınalıq nə qədər davam edəcək?

Son bir neçə gündür ki, SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən sərəncama göndərilən illərlə işinə bərpa olunmayan narazıların məsələni ictimailəşdirməsi diqqət mərkəzindədir. Hələlik söylənənlərə münasibət bildirməyən qarşı tərəf aldığımız məlumata görə çox narahatçılıqlar keçirir.Bu işdə əsas narazı kapitan Anar İsmayılovun susdurulması üçün göndərilən ismarıclarında fayda verməməsi, qarşı tərəfin hansı plan hazırlaması yaxınlarda aşkar olunacaq.Amma narazılarla bizi bir məsələ maraqlandırır.

Əgər yazılanlara və söylənilənlərə qarşı tərəf münasibət bildirmirsə deməli bu qrumda böyük özbaşınalıq var.Həqiqətəndə yazılanlara münasibət bildirməmək məmur özbaşınalığının ən bariz nümunəsidir.

Bəs onda bizim güvəndiyimiz qanunlar niyə işləmir ?

Axı qanunlar tənzimləyir ki, hər hansı bir cinayət xarakterli məsələ kim tərəfindən olur-olsun ictimailəşirsə , hüquq mühafizə orqanı dərhal həmin deyilənlərin araşdırılması üçün ilkin tədqiqat işinə başlamalı, tərəfləri dinləməli, izahatları alınıb deyilənlərin həqiqət və ya böhtan olduğun üzə çıxarmalıdır.Hansısa əməldə günahlandırılan məmurun əməlinin qanunlara zidd olub-olmaması üzə çıxarılmalıdır.

Lakin istər qarşı tərəfin , istərsədə hüquq mühafizə orqanının gözləmə mövqeyi seçmək heç bir halda haqq qazandırılmamalıdır.

Narazıların ortaya qoyduğu faktlar ciddi faktlardır.Bu faktlar varsa deməli dövlətə, dövlətçiliyə və eləcədə ölkəni düzgün , uğurlu siyasətlə idarə edən cənab prezidentə , Ali Baş Komandana qarşıdı.

SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun uğursuz kadr siyasəti külli miqdarda yeyintilərin olmasına dair söylənilən faktlar, gətirilən misallar və digər digər deyilənlər , dövlətin müdafiəsində duran ordunun formalaşmasına birbaşa məsul olan bir qrumun acınacaqlı bir vəziyyətə salınmasına bir işarədir.

Anar İsmayılovun və digər narazıların söylədiyinə görə SHXÇDX-nin yerli şöbələrində çağrışçıların böyük əksəriyyətini hansısa xəstəlik adı ilə respublikanın paytaxtında yerləşən klinikalara , xəstəxanalara göndərilməsi birbaşa hərbi xidmətdən yayınmaya hesablanmış gedişdir.Çünki çağırışçı bu cür gərəksiz yoxlamalardan keçməmək və keçərək qarşı tərəflə hansısa narazılığa gəlməyə münbit şərait yaradır.Bu sistem məhz Arzu Rəhimovun SHXÇDX-nin başına gətiriləndən sonra təşkil olundu.Hansı ki, yerli tibbi komisyanın verdiyi rəydən sonra, paytaxta göndərilənlərin böyük əksəriyyəti yenidən bir müddətdən sonra hərbi xidmətə yola salınır. Bunların arasında bu “get-gəldən”bezən uşağının hərbi xidmətdən yayındırmağa əlinə fürsət düşən valideynlərə bir ismarıcdır.

Bu məmurların harınlığı o qədər həddini aşıb ki, deyən Anar İsmayılov bildirdi ki, SHXÇDX-nin rəisi general leytenant dövlət başçısının təşəbbüsü Nazirlər kabinetinin əmrinə əsasən vətəndaşların qəbulun təşkil edilməsində bölgələrə səfər edən Arzu Rəhimov onun qəbuluna gələnləri laiqincə qəbul etmir.Torpaqlarımız uğrunda döyüşən iki dəfə bayraq ordeni ilə təltif olunan , qəbula gələn Qarabağ nqazisinə şikayətin səbrlə dinləmək əvəzinə “ qısa et “, “qısa et” deməsi bütün döyüşçülərə qarşı bir hörmətsizlikdir.

Bütün baş verənlərin fonunda bu məsələlərdən şəxsi məqsədi üçün istifadə edib yararlanmaq istəyən SHXÇDX-nin rəis müavini Zaur Abdullayev haqqında söylənilənlər lap təccüblüdür.Narazıları qrumdan daha da narazı salıb, onları gah hədələmək gahda öz-özünə dəstəkləmək çox mətləblərdən xəbər verir.Söylənilənlərə görə Arzu Rəhimovun reyinə göz dikən rəis müavini Zaur Abdullayev məsələnin bu yöndə davam etməsində maraqlıdır.Gününün böyük hissəsini eyş-işarətdə əylənməkdə, bahalı qonaqlıqlarda keçirən general Zaur Abdullayev bütün bütün bu məsələnin nə vaxt bitəcəyini gözləyir.Hətta dolayısı ilə etirazçılara informasiya ötürüb qızışdırır, gahda özünü rəisə yaxın göstərmək üçün etirazçıların arxasınca asıb kəsərək ciddi tədbir görülməsini tələb kimi qoyması çox mətləblərə aydınlıq gətirir.Onun əldə olunan Whatsap yazışmaları, əyləncə adamı olan Zaur Abdullayevin məqsədinin nə olduğun ortaya qoyur.

Anar İsmayılov məqsədini bir daha vurğulıayarq özünün və ailəsinin təhlükəsizliyinə dövlət qrumundan ölkə prezidentindən və ölkənin Birinci Vitse prezidentindən kömək istəyir.İnanır ki, Ali Baş Komandan Anar İsmayılovu qəbul edib, dinləyəcək, lazımi qərar qəbul edəcək.Məqsədinə çatana qədər mübarizə aparacağını ortaya qoyan Anar İsmayılov hələ bir çox məqamlara toxunmadığınıda vurğuladı.İnanırıq ki, bu məqam Ali Baş Komandanın qəbulunda baş verər.

P.S. Növbəti sayımızda SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun eşq maceraları olacaq..Belə ki, hansı xanıma nə alıb, harada görüşüb yayımlanacaq...Bizi izləyin

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. İntertv.az

Şərhlər

XƏBƏR LENTİ